17:43 29.08.2022 453

\"Kəpəz\"in Kəpəz boyda problemi

Uzun fasilədən sonra elitaya qaytarılan "Kəpəz" ilk 4 turda aldığı 4 məğlubiyyətlə klub tarixinin ən bərbad startına imza atdı. Düzdür, qərb təmsilçisi 2012/2013 mövsümündə də çempionata eyni sayda yenilgi ilə başlamışdı. Ancaq həmin vaxt "Kəpəz"in top fərqi mənfi 9 idisə, bu dəfə mənfi 10-dur. 

Artıq ölkə futbolundan az-çox anlayışı olanların proqnozlaşdırdığı ssenari də reallaşıb. Baş məşqçi Yaşar Vahabzadə və köməkçiləri istefaya göndərilib,  komandanın "sükan"ı müvəqqəti olaraq əvəzedicilərin çalışdırıcısı Xaliq Mərdanova tapşırılıb.

Təbii, Gəncə təmsilçisinin Misli Premyer Liqasında iddialı olmayacağı, özündən 15-20 dəfə varlı komandalarla başabaş mübarizə apara bilməyəcəyi öncədən bəlli idi. Ancaq tribunaları qəzalı vəziyyətdə olan stadionundan qeyri-müəyyən müddətə didərgin düşən kollektivin belə aciz görünməsi prosesləri yaxından izləyənlər üçün sürpriz sayılmamalıdır. Zatən, bu "Kəpəz" ilk 4 turda 2 heç-heçə edə bilsəydi, Yaşar bəyi hər oyunda istefaya səsləyən azarkeşlərin ürəyinə rəhm salar, futbol ictimaiyyətini yaxşı mənada təəccübləndirərdi...

İndi isə bir az əvvələ qayıdaq. AFFA-nın baş katibi Sərxan Hacıyev mayın 24-də, "Alanyaspor" futbol məktəbinin açılışında ona ünvanlanan "növbəti mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək klubların - "Kəpəz" və "Turan Tovuz"un aqibəti necə olacaq" sualına belə cavab vermişdi: 

"Maliyyə məsələsi çox müzakirə olunur. Həm "Turan Tovuz", həm "Kəpəz", həm də Birinci Diviziona yüksələn klubların dəstəyə ehtiyacı var. Klublara kənar sponsorlardan da dəstək olmalıdır ki, onlar istədikləri kimi çıxış etsinlər. Biz AFFA olaraq sahibkarlardan və iş adamlarından onlara maliyyə dəstəyi vermələrini xahiş etmişik. Burada şərtlər də var. Premyer Liqaya yüksələn klublar, məsələn, "Kəpəz" 1 milyon manat xərcləməyə hazır olan sponsor tapsa,  AFFA da əlavə bir o qədər verəcək. Hazırda klublar bu məbləği tapa bilmədiyi üçün AFFA bu vəsaiti ayırmayıb".

Geridə qalan 4 tura 4 xal toplayan "Turan Tovuz"un müxtəlif layihələr, ümumi birlik hesabına yaradılmış ab-hava fonunda işləri pis getmir. Ayxan Abbasovun yetirmələri cəsarətli oyunla diqqət çəkir. Şübhəsiz, mövcud durum Tovuz futbolunun sabahı ilə bağlı nikbin düşüncələrin formalaşmasına əsas verir. Belə desək, bu günə qədər görülən işlərin effektli alındığı sezilir.

Gəncə klubunda isə əksinə, hazırda xaos hökm sürür. Nə maliyyə vəziyyətini yaxşılaşdırmaq, bəzi çatışmazlıqları qaydaya salmaq üçün hər hansı layihə var, nə də sinəsini irəli verən sponsor. Olmaq ehtimalı mövcuddursa belə, bu barədə indilik ümidverici xəbər yoxdur. Heç daha Nizami yurdunda mahmudlara, vidadilərə futbolun sirlərini öyrədəcək mərhum Kostya dayı da... 

Bu gün Gəncə adı Azərbaycanın futbol xəritəsində əvvəlki resurslarına görə qalan, əslində isə bu idman növündə xüsusi perspektiv vəd etməyən şəhərdir. Əlbəttə, bu, hələ son demək deyil. Gələcəkdə çox şeyi dəyişmək olar. Amma indiki vəziyyət işıqlı sabahlardan dəm vurmağa əlyeri qoymur. 

Başqa sponsor tapılmasa, "Kəpəz" AFFA-nın təxminən 500 min manat ianəsi hesabına mövsümün sonuna qədər vaxtını keçirə və ən yaxşı halda, gələn ilin mayında yenidən futbol qurumunun səxavətinə ümid edə bilər. Düzdür, istefaya göndərilən Vahabzadənin "köhnə məktəb" çərçivəsindən kənara çıxa bilməməsi, azarkeşlərin onu istəməməsi və bu qarışıqlığın futbolçuların psixologiyasına mənfi təsiri də qabardılmalıdır. Ancaq yeni baş məşqçinin nəinki stadionu, özünün avtobusu da olmayan klubda hər şeyi 180 dərəcə dəyişəcəyini düşünmək absurddur. Yox, gəncəli fanatlar üçün 4-5 turdanbir qazanılacaq 1 xal və ya "Şamaxı"ya qarşı keçirilən matçların hansındasa əldə ediləcək qələbə məqbul göstərici sayılacaqsa, o zaman yeni baş məşqçi işə yaraya bilər.

Bir sözlə, "Kəpəz"in adını daşıdığı Kəpəz dağı boyda problemləri var. O boyda dağı kirayə avtobusla şəhər-şəhər daşımaq isə baş girləməkdən başqa bir şey deyil.

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 Aprel 2024
21:55

Azərbaycan Kuboku: Finalda "Zirə" və "Qarabaĝ" qarşılaşacaqlar 

19:35

"Holand sabahkı oyuna hazır deyil" - Pep Qvardiola

18:45

Ten Haq maaşının bu qədərini itirəcək - MY ÇL-ə vəsiqə qazanmasa

17:55

Belarus UEFA-nın razılığı olmadan AÇ-nin yayımlamasına icazə verdi

17:38

"Çelsi" hələ bu vəziyyətə düşməmişdi - Tarixi antirekord

17:19

Van Persi "Feyenoord"un təklifini geri çevirdi - Bu klubu çalışdıracaq

16:56

Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı

16:40

Hafiz Əliyev dünyasını dəyişdi

16:21

"Zəif legionerlərin axınının qarşısı alınar" - Kərimov Fanat.Az-ın təklifini dəstəklədi

16:03

"Fire League"-da növbəti tur başa çatdı

15:51

"Beş görüşdə beş qələbə..." - Trent Aleksander-Arnold

15:13

Fransanın elita klubu Zubiri istəyir

14:56

"Atletik"in kapitanı gedir - RƏSMİ

14:31

Rus futbolçunun İtaliyada 2 elçisi var

14:13

Madrid nəhəngi ukraynalı qapıçısına qiymət qoydu - MƏBLƏĞ

13:55

Quluzadə Belçikada medal qazandı

13:34

Karlos Teves xəstəxanaya yerləşdirildi

13:16

Venger bu məşqçiyə dəstək oldu: "Gedəcəyini çox tez dedi" 

12:58

"Hər şey mümkündür" - Kadi 

12:40

Azərbaycan çempionatı: Növbəti finalçı da müəyyənləşdi

12:21

Klopp derbidən öncə fikirlərini bölüşdü

12:02

Feras cəzalı getdi, "Qəbələ"nin daha 2 itkisi var - Adlar

11:44

Mbappe PSJ-dən getmək üçün inanılmaz məbləğdən imtina etməlidir

11:27

"Arsenal" 30 ildən sonra bunu bacaran ilk klub oldu

11:03

Son tur liderlərin dueli ilə başlayır

10:42

"Qarabağ" - "Neftçi" qarşılaşmasının hakimləri bilindi

10:26

Mamardaşvili hansı klubda oynayacağına qərar verdi - SON DURUM

10:07

Samir Abasov İspaniyada - Xavi ilə görüşəcək

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:10

İranlı qapıçı futboldan uzaqlaşdırıldı - Qeyri-adi səbəb

01:20

“Arsenal” “Çelsi”ni darmadağın etdi

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

17:34

"Bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur" - Joze Mourinyu

17:11

Qadınlardan ibarət Azərbaycan yığması Belarusdakı turnirə qatılacaq

Facebookdan bizi izləməyi unutmayın.
X