"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 7-ci turunda "Kəpəz"ə qarşı keçirdikləri matçdan (1:2) sonra ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, o, məğlub olduqları qarşılaşma haqda belə danışıb:
"Kəpəz"in baş məşqçisi dəyişilmişdi. Bilirdik ki, çətin oyun olacaq. Çalışsaq da, yekunda uduzduq. Bu oyuna qədər komandanın çıxışından razı idim. Bu gün top itkisi çox oldu.
Zədəlilərimiz var. Gənclərə vaxt lazımdır. Strategiyamız gənclərə güvənmək, onlara şans verməkdir. Qarşıda fasilə var. Fürsətdən istifadə etməyə çalışacağıq. Yaxşı kollektiv formalaşdıra bilmişik. İkinci dövrədə uğurlu oynamağa çalışmalıyıq".