
İyunun 11-də start götürən DÇ-2026 davam edir.
Fanat.Az xəbər verir ki, 3-cü tur çərçivəsində bu gün daha iki görüş baş tutub.
Fil Dişi Sahili Kurasao üzərində inamlı qələbə qazanaraq qrupu ikinci pillədə başa vurub.
Almaniya isə Ekvadorla üz-üzə gəlib. Ekvador millisi əzmkar qələbə qazanıb.
Qeyd edək ki, 3 ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi mundiala 19 iyulda yekun vurulacaq.
DÇ-2026
3-cü tur
25 iyun
E qrupu
Kürasao – Fil Dişi Sahili 0:2
Qollar: N. Pepe, 7, 64
Baş hakim: Qlenn Nyüberq (İsveç).
Filadelfiya (ABŞ). "Lincoln Financial Field" stadionu.
Ekvador – Almaniya 2:1
Qollar: L. Sane, 2. - Anqulo, 9, Plata, 78.
Baş hakim: Tori Penso (ABŞ).
İst-Ratherford (ABŞ). "MetLife Stadium".