
ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün mundialda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.
Son Avropa çempionu İspaniya Belçika ilə qarşılaşıb. "Qırmızı furiya" matçda çətin qələbəyə sevinərək yarımfinal biletini qapıb.
"Matadorlar" yarımfinalda Fransa ilə qarşılaşacaq.
Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.
DÇ-2026
1/4 final
10 iyul
İspaniya - Belçika 2:1
Qollar: Fabian Ruiz, 30. Mikel Merino, 88. - Şarl de Ketelare, 41.
Baş hakim: Maykl Oliver (İngiltərə).
Los Angeles (ABŞ). "Los Angeles Stadium".