Azərbaycan Kubokunun yarımfinal mərhələsinə yekun vurulub. Fanat.az хəbər verir ki, baş tutacaq iki matçdan sonra finalçılar müəyyənləşib.
Günün ilk oyununda "Simurq" "Qarabağ"ı qəbul edib. İlk oyunda 1:0 hesablı qələbə qazanan "Qarabağ" səfər matçında istədiyi nəticəyə imza atıb. Belə ki, oyun 0:0 hesabı ilə başa çatıb və "Qarabağ" finala çıxıb.
Mərhələnin son oyununda "İnter" "Neftçi"ni qəbul edib. İlk oyunda 2:0 hesablı qələbə qazanan "Neftçi" rəqib meydanında uduzsa da, finala vəsiqə əldə edib - 1:2. Hesabı 27-ci dəqiqədə Nikolas Kanales açıb. 10 dəqiqə sonra Arif Daşdəmirov bərabərliyi təmin edib. 57-ci dəqiqədə Baçana Tsxadadze "İnter"in qələbə qolunu vurub.
Azərbaycan Kuboku
Yarımfinal
Cavab oyunları
21 aprel
Simurq - Qarabağ 0:0
Simurq: 1. Pavel Kapsa, 4. Xuan Alberto, 6. Samir Zərgərov, 10. Rəşad Eyyubov (7. Elnur Abdullayev, 75), 11. Draqan Çeran, 13. Ali Gökdemir, 14. Vüqar Mustafayev, 18. Tural Axundov (k), 20. İdan Vaytsman, 26. Benjamin Lambot (22. Cihan Özkara, 85), 88. Marko Stanoyeviç (15. Stepan Polyak, 77).
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banas, 5. Vadim Abdullayev, 8. Patrik Osiako.
Baş məşqçi: Georgi Çixradze.
Qarabağ: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 7. Namiq Yusifov (2. Qara Qarayev, 60), 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov (9. Reynaldo Silva, 46), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc (24. Admir Teli, 88), 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 18. İlqar Qurbanov, 21. Tural Rzayev.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Elnur Abdullayev, 85 (qeyri-idman hərəkəti). Pavel Kapsa, 90+3 (qeyri-idman hərəkəti) - Leroy Corc, 40 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Zaqatala şəhər stadionu. 3000 tamaşaçı.
İnter - Neftçi 2:1
Qol: Arif Daşdəmirov, 37. Baçana Tsxadadze, 57 - Nikolas Kanales, 27.
İnter: 96. Elşən Poladov (k), 7. Abdulla Abatsiyev, 8. Mikel Alvaro, 10. Elvin Məmmədov (22. Əfran İsmayılov, 61), 15. Yohan Bokonyano, 17. Məhəmməd Mirzəbəyov, 19. Sezar Meza Kolli (82. Ruben Şaken, 73), 21. Arif Daşdəmirov, 23. Voyislav Stankoviç, 28. Baçana Tsxadadze, 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 99. Eyyub Əliyev, 3. Laşa Salukvadze, 24. Fuad Bayramov, 33. Matiya Şpiçiç, 80. Nizami Hacıyev.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Neftçi: 1. Aqil Məmmədov, 2. Karlos Kardozo, 3. Denis Silva Kruz, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 10. Julius Vobay (16. Əziz Quliyev, 66), 11. Nikolas Kanales (90. Ernest Nfor, 82), 15. Erik Ramos, 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov (k) (21. Samir Məsimov, 46), 28. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 8. Elşən Abdullayev, 17. Rəhman Hacıyev, 95. Elvin Bədəlov.
Baş məşqçi: Arif Əsədov.
Sarı vərəqələr: Abdulla Abatsiyev, 17 (hakim qərarına etiraz). Derlis Meza Kolli, 45+1 (hakim qərarına etiraz) - Emin Mehdiyev, 19 (qeyri-idman hərəkəti). Erik Ramos, 57 (qeyri-idman hərəkəti). Əziz Quliyev, 82 (qeyri-idman hərəkəti). Araz Abdullayev, 90+3 (qeyri-idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rza Məmmədov, Namiq Hüseynov.
Əlavə köməkçi hakimlər:Vüsal Əliyev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Gülağa Cabbarov.
"İnter Arena". 1500 tamaşaçı.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol