13:46 04.06.2013 1204

“Ramin Musayev bizə şillə, təpik, yumruq verdi”


"Harada yazılıb ki, ölkə kubokunun finalında təhlükəsizliyi qonaq komanda qoruyur?"

Bir həftə əvvəl keçirilən Azərbaycan kubokunun final qarşılaşmasından sonra ötən gün Xəzər TV-də qonaq olan PFL prezidenti Ramin Musayev ona qarşı ittihamlar irəli sürən “Xəzər-Lənkəran” rəhbərliyini tənqid edib:

“Klub rəhbərliyi sən mənə cavab ver? Niyə gizlənmişdin? Baş məşqçi stadiona yaxınlaşdı, sən də yaxınlaşardın, klubun yanında durardın. Bəlkə, gəlsəydin bu hadisə baş verməzdi? Gəl, oturaq danışaq, cavab verək”.

“Xəzər Lənkəran” Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin klub rəhbərliyinin ünvanına səsləndirdiyi fikirlərə cavab verib. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu “qafqazinfo”ya açıqlamasında Ramin Musayevin iddialarının gülməli olduğunu deyib:

“Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev üzərinə gələn bu qədər ciddi iradı çıxıb televiziyada kimlərinsə üzərinə atmaq məcburiyyətində idi ki, belə də etdi. Çünki PFL ölkə futbolunda növbəti biabırçılığı ört basdır etmək istəyir. Ramin bəy deyir ki, klub rəhbərliyi harada idi? Mən də ondan soruşmaq istəyirəm, Neftçi klubunun bütün rəhbərliyi meydanda idi. Neylədilər ki? Məgər onların gözü qarşısında Xəzər Lənkəran futbolçuları döyülmədi?

Klub rəhbərliyi meydanda yaranan dava-dalaşa cavabdeh deyil. Cavabdeh olan PFL-dir və PFL-də bunun öhdəsindən gələ bilmədi. Nizamnamə və Əsasnamə var. Ramin bəy bizə göstərsin ki, harada yazılıb ki, ölkə kubokunun finalında təhlükəsizliyi qonaq komanda qoruyur. “Xəzər Lənkəran” finalın bu səviyyədə alınmasına ən böyük töhfəsini Lənkərandan Bakıya gətirdiyi minlərlə azarkeşi ilə, gözəl bannerləri, hazırladığı proqramla verdi. Əvəzində PFL bizə nə verdi-şillə, təpik, yumruq”.

idman24.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 Avqust 2026
11:42

"Qarabağ"ın Kiyev "Dinamo"su ilə oyunlarının hakimləri açıqlandı

11:07

Avropa nəhəngi "Ayaks"ın vingerini alır

10:42

İngiltərə klubları Barış Alper Yılmazı istəyir - 41 milyonluq təklif gəldi

10:18

DÇ-2026-da rekorda imza atan Bros məşqçilik karyerasını bitirdi

09:54

"Qalatasaray" rus yarımmüdafiəçinin klubu ilə danışıqlara başladı

09:00

Nuriyevin komandası liderliyə yüksəldi

08:22

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

Facebookdan bizi izləməyi unutmayın.
X