I və II Qarabağ müharibəsində iştirak etmiş idman ictimaiyyəti nümayəndələrinin sayı bəlli olub.
Fanat.Az xəbər verir ki, I Qarabağ müharibəsinə idman ictimaiyyətindən 930 nəfər qatılıb. Onlardan 27-si yaralanıb, 48-i şəhid olub. 2 nəfər itkin düşüb, 6 şəxs isə Milli Qəhrəman adı alıb.
II Qarabağ müharibəsinə isə 986 şəxs qatılıb, onlardan 115-i yaralanıb, 319-u isə şəhidlik zirvəsinə ucalıb. 986 nəfərdən 4-ü idman jurnalistidir.
Vətən müharibəsində iştirak etmiş idman jurnalistlərinin biri hərbi əməliyyatlar zamanı yaralanıb. 1 idmançı - Vəliəhəd Vəliyev isə erməni əsirliyindən qaytarılıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol