
Braziliyanın "Baiya" klubunun mərkəz hücumçusu Villian Joze karyerasını İspaniya nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb.
Məlumata görə, onun xidmətində "Real Madrid" maraqlıdır. Mənbə 2014-cü ildə "Kral klubu"nun əsas komandasında 1 oyun keçirən 33 yaşlı futbolçunun başla oynamaq bacarığının ispanların diqqətini çəkdiyini, ispanların onun xidmətindən ehtiyat qüvvə qismində istifadə etmək istədiklərini bildirib.
Qeyd edək ki, Villian "Real"a məxsus olduğu dönəmdə (2014-2016) icarə əsasında "Saraqosa" və "Las Palmas"da çıxış edib. Daha sonra "Real Sosyedad"a transfer olunan ön xətt oyunçusu 2024-cü ilin yanvarında 2025-ci ilin yayına qədər Moskva "Spartak"ında da top qovub.
Nihat