
Norveç milli komandası 2026-cı il Dünya Çempionatının hazırlıq mərhələsi çərçivəsində rəsmi təlim-məşq toplanışına qeyri-adi bir addımla başlayıb.
Fanat.Az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarındakı düşərgəyə yollanan komanda özü ilə bərabər tam 300 kiloqram balıq, 116 kiloqram pendir və 6 min ədəd portağal aparıb.
Erlinq Holandın da yer aldığı heyətin öz ölkələrində vərdiş etdikləri qidaları istehlak etmələri və özlərini evdəki kimi hiss etmələri üçün komandanı səyahətdə üç norveçli şef-aşpaz müşayiət edir.
Skandinaviya təmsilçisinin turnir öncəsi qidalanma rejimini tam nəzarətdə saxlamaq məqsədilə atdığı bu peşəkar addım böyük diqqət çəkib.