
"Real Madrid"in braziliyalı ulduzu Vinisius Junior klubla yeni müqavilə bağlamaq üçün şərtlərini bəyan edib.
Fanat.Az xəbər verir ki, təcrübəli hücumçu rəhbərlikdən 15 milyon avro sədaqət bonusu və illik 30 milyon avro əməkhaqqı tələb edir.
Madrid təmsilçisinin bu astronomik rəqəmlər qarşısında necə mövqe nümayiş etdirəcəyi böyük maraqla gözlənilir.
Tərəflər arasında danışıqların gərgin məcrada davam etdiyi və yaxın vaxtlarda yekun qərarın veriləcəyi bildirilir.