
İspaniya təmsilçisi "Barselona" ingiltərəli vinger Entoni Qordonun transfer ödənişi ilə bağlı "Nyukasl"la razılıq əldə edib.
Fanat.Az xəbər verir ki, Kataloniya klubu ilk 22 milyon avroluq ödənişi 2027-ci ilin iyul ayına qədər təxirə salıb.
Əvvəlcədən nəzərdə tutulan razılaşmaya əsasən, bu məbləğ 2026-cı il iyulun 31-də ödənilməli idi.
Qeyd edək ki, "Barselona"nın hazırda qısamüddətli transfer ödənişləri üzrə 93.4 milyon avro borcu qalmaqdadır.