
"Monako"nun futbolçusu Paris Brunner Fransa çempionatında qol sevincinə görə iki oyunluq cəzalandırılıb.
Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, 20 yaşlı hücumçu Liqa 1-in 4-cü turunda "Strasburq"la heç-heçə etdikləri oyunda (1:1) komandasının qolundan sonra rəqib azarkeşlərə boğaz kəsmə jesti göstərib.
Brunner əsas cəza ilə yanaşı, daha iki oyunluq şərti diskvalifikasiya da alıb. O, "Tuluza" və "Loryan"la matçları kənardan izləyəcək.
Qeyd edək ki, "Monako" 5 turdan sonra 13 xalla turnir cədvəlinə başçılıq edir. Brunner cari mövsüm Fransa çempionatında 4 qola imza atıb.
Toğrul