
"Mançester Yunayted" qış transfer pəncərəsində heyətini yeni hücumçu ilə gücləndirmək planlarını sürətləndirib.
Fanat.Az "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, "Kristal Palas"ın fransalı forvardı Jan Filip Matetanın nümayəndələri artıq "qırmızı şeytanlar"la təmasa keçiblər.
Mançester təmsilçisinin rəhbərliyi 29 yaşlı futbolçunu Benjamin Şeşko ilə rəqabət aparacaq təcrübəli variant kimi qiymətləndirir.
Keçidin reallaşması üçün "Kristal Palas"ın uzun müddətdir maraq göstərdiyi Coşua Zirkzenin mübadilə variantı da masadakı seçimlər arasında yer alır.