Braziliya yığmasının və PSJ-nin futbolçusu Neymar yeni sponsorla anlaşıb.
Fanat.Az xəbər verir ki, ulduz futbolçu dünyanın nəhəng brendlərindən olan "Puma" ilə reklam müqaviləsi bağlayıb.
Neymar bununla bağlı şəxsi "Facebook" səhifəsində açıqlama verib: "Böyük futbol əfsanələrinin videolarına baxa-baxa böyüdüm. Onlar meydanın kralları idi. Mənim idmanımın kralları. Özüm üçün xəyallarım tam olaraq budur. Bunu etmək istəyirəm - meydan üçün yaranmış idmançıların mirasını geri qaytarmaq. Kralın yenə meydançada hökm sürməsini və nəsilləri ilhamlandırmasını istəyirəm. Bu mənim PUMA tarixim olacaq. Kral qayıdır".
28 yaşlı hücumçu, 15 illik sponsoru "Nike" ilə dəyəri 78 milyon funt-sterlinq olan əməkdaşlığa son verib. O, "Puma"nın əfsanəvi "Puma King" futbol ayaqqabılarını növbəti mövsümlərdə geyinəcək.
PSJ-nin super ulduzu, idman ayaqqabılarını, habelə geyim məhsullarını geyərək meydançada və ondan kənarda "Puma"nın marka səfiri kimi çalışacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol