Millətlər Liqasına hazırlaşan Moldova yığmasının heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, toplanışına dəvət olunan futbolçuların siyahısında "Şamaxı"nın qolkiperi Stanislav Namaşko da var.
Moldova Futbol Federasiyasının rəsmi saytı yekun heyətin toplanışdan sonra dəqiqləşəcəyini bildirib.
Qeyd edək ki, Moldova millisi iyunun 3-də Lixtenşteynlə, 6-da isə Andorra ilə qarşılaşacaq.