15:18 19.05.2022 766

"İtirəcəyimiz 1 xal bizi 6-cı yerə sala bilərdi" - MÜSAHİBƏ

Futbol üzrə I Divizionun cari mövsümü sona çatıb. Turnirin qalibi "Qaradağ Lökbatan" olubsa, ikinci yeri "Şamaxı 2", üçüncü yeri isə "Qarabağ"ın əvəzediciləri tutub. 

Şamaxının eyniadlı klubunun "dubl"unu son oyunlara çıxaran Rail Məlikov peşəkar liqada baş məşqçi olaraq ilk addımlarını atıb. 

36 yaşlı mütəxəssis gümüş mükafata layiq görülməsi və gələcək planları ilə bağlı Fanat.Az-a danışıb. 

Məlikov əvvəlcə təəsüratlarını bölüşüb:  

"Təəsüratlarım sözsüz ki, yaxşıdır. Qarşımda hədəf var idi. Məqsədimə çatdım. Turniri mükafatçılar sırasında başa vurmağım mənə stimul verdi. Məşqçi karyeramda daha bir addım atdım. 

Mən gələndə də komanda ikinci sırada gedirdi. Çoxları fikirləşə bilər ki, Rail hazır, ikinci yerdə olan komandaya gəlib və mövsümü bu yerdə də bitirməli idi. Bu, kənardan asan görünə bilər. Amma nə qədər məsuliyyətli və çətin iş olduğu bir çoxuna məlum deyil. Tuirnir cədvəlində xal baxımından bir-birinə sıx olan komandalar var idi. Onlarla yüksək səviyyədə mübarizə aparmalıydıq. Yəni itirəcəyimiz 1 xal bizi 2-dən 5-ci və ya 6-cı yerə sala bilərdi. İkinciliyi qoruyub saxlamaq heç də asan deyildi. 

Rəhbərlik mənə güvəndi. Bu etimadı doğrultmaq lazım idi. Bunun nə dərəcədə çətin olacağını başa düşürdüm. Düzdür, baş məşqçi olaraq "B" kateqoriyasına görə 14 yaşlı futbolçularla işləmişəm. Belə götürsək, Birinci Divizion peşəkar liqa sayılır. Öz ideyalarım və fikirlərim var. İlk dəfə bir az ağır gəlirdi, amma köməkçi-məşqçilərin dəstəyi nəticəsində pis alınmadı. Elmir və Vidadi müəllimi qeyd edərdim. Onların da əməyi oldu bu işdə. Üç gün keçəndən sonra hər şey mənə daha rahat gəldi. Futbolçularla işləməkdən həzz alırdım". 

- Kluba gələndən sonra keçmiş baş məşqçi Rüstəm Əliyevlə məsləhətləşirsiniz, yoxsa öz sisteminizlə oynamağa üstünlük verirsiniz? 

- Əlbəttə ki, komandanın üzərində Rüstəm Əliyevin zəhməti böyükdür. Söz yox ki, məsləhətləşməmiz olub. Birdən-birə komandanı götürüb öz fikrimlə davam etməyim düzgün olmazdı. Çempionatın sonudur. Nəyisə dəyişmək riskli addım ola bilərdi. Mərhələli şəkildə nəyisə dəyişmək olar, amma bunun üçün vaxt lazımdır. Bir məşqçi kimi 3-5-2 sisteminə mən də üstünlük verirəm. Bu sistemlə "Sumqayıt"da oyunlar keçirmişəm və kifayət qədər anlayışım var. "Turan Tovuz"la oyundan (4:2) sonra heyətdə öz fəlsəfəmə uyğun cüzi dəyişikliklər etdim. MOİK üzərində qələbə qazandığımız son oyunda isə (6:0) artıq istədiyim sistemlə oynayırdıq. Görünür bu, öz effektini verdi. Fikrimi daha çox hücuma yönəltdiyimə görə 3 oyuna 15 qol vura bildik. Uşaqlar da mənim istifadə etdiyim sistem üzrə oynadılar. Burada onların da əziyyətini danmaq olmaz. Verdiyim tapşırıqların hamısı onlar tərəfindən yerinə yetirilir. 

- "Şamaxı 2"-dəki karyeranız necə olacaq? Qalacaqsınız, yoxsa növbəti mövsüm yenidən əsas komandada köməkçi-məşqi kimi çalışacaqsınız? 

- Bu barədə mənə hələ heç bir şey bəlli deyil. Hələlik ikinci komandanın baş məşqçisi olaraq fəaliyyətimi davam etdirirəm. Qalacağım halda, kimlərlə işləmək istədiyim mövzuda götür-qoy edirəm. Futbolçu olaraq kimlər lazım ola biər, kimlər yox, bunu da düşünürəm. Amma qalacağam, yoxsa gedəcəyəm, bu barədə qətiyyən məlumatım yoxdur. Yaxın günlərdə bu suallara cavab tapılacaq. 

- İndiki heyət necədir? Sizi qane edir?

- Komandanın futbolçularında yaxşı potensial müşahidə etdim. Belə oyunçularla işləyən məşqçi öz uğurlarını yenə təkrar edə bilər. Heyətdə böyük dəyişiklik planlarıma daxil deyil.

- Hazırda hansı kateqoriyaya sahibsiniz və növbəti dərəcəni almağı nə zaman planlaşdırırsınız? 

- "B" kateqoriyasını hələ ki, yeni almışam. "A" kateqoriyasını oxumaq hər bir məşqçinin istəyidir. Həmin kateqoriyanı oxumağa nə zaman gedəcəyim hələ məlum deyil. Təbii ki, planlarıma daxildir.

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
23:15

"Bakıda qələbə qazanaraq mərhələni keçmək istəyirik" - Rəşad Sadıqov

22:50

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra nə danışdı?

22:29

"Biz bura qələbə ümidi ilə gəlmişdik" - Xristo Yane

21:55

AL: "Qarabağ" ÇSKA ilə heç-heçəyə razılaşdı

21:50

KL: "Zirə" Estoniya təmsilçisinə məğlub oldu

21:18

Mbappe Maykl Oliseni "Real Madrid"ə keçməyə razı saldı

20:56

Dünya çempionatında danışılmış oyun skandalı

20:16

İspaniya Futbol Federasiyası Luis de la Fuente ilə müqaviləni uzadır

19:42

Açıq Bakı çempionatında 100-ə yaxın avarçəkən mübarizə aparacaq

19:04

Azərbaycanın futzal komandası yarımfinalda

18:44

Azərbaycan Premyer Liqası və Kubokunun tam təqvimi açıqlandı

18:03

"Real" yeni səfər formalarını təqdim etdi

17:38

"Palms Sports Arena"dakı nokdauna sözardı

17:20

"Barselona" "Borussiya"nın vingerini rənglərinə bağladı

17:02

Vüqar Nadirov Almaniya komandasının baş məşqçisi olacaq - AÇIQLAMA

16:42

"Estoniyada ehtiyatı əldən vermək olmaz"

16:25

"Araz-Naxçıvan" nə Bakıda oynayacaq, nə də Sumqayıtda - Dəqiqləşdi

16:06

"Qarabağ"ın AL-in Liqa mərhələsinə düşəcəyinə şübhə etmirəm" - Ağasəlim Mircavadov

15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X