09:45 21.04.2025 507

“Qarabağ” “Neftçi”yə şans vermədi – Tura baxış

Misli Premyer Liqasının 31-ci turu məhsuldar alındı. Maraqlıdır ki, bu tur rəqib qapısına yol tapa bilməyən yeganə komanda “Neftçi” oldu. Samir Abasovun komandasının “Qarabağ”la qarşılaşdığını nəzərə alsaq, bu nəticəyə təəccüblənməyə bilərik. Bu yerdə onu da qeyd edək ki, “Neftçi” cari mövsümdə “Qarabağ”a qarşı keçirdiyi dörd oyunun heç birində azarkeşlərini nəinki xalla, heç qolla da sevindirə bilmədi.

"Araz-Naxçıvan" – "Turan Tovuz" 1:1 
Qollar:
İssuf Paro, 52 - Faiq Hacıyev, 33.
Qırmızı vərəqə: Vanderson Melo, 77 ("Araz-Naxçıvan"). 
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov (k), 7. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 17. İssuf Paro, 8. Karlos Jatoba, 4. İqor Ribeyro, 97. Felipe Santos. 
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 57. Elcan Məmmədov, 23. Nuno Rodriqes, 10. Bernardo Dias. 
Baş məşqçi: Elmar Baxşıyev.
"Turan Tovuz": 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 19. Orxan Əliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 77. Veysəl Rzayev, 30. Mircamal Əlizadə, 6. Araş Qaderi, 29. Anton Kraçkovski.
Məşqçi: Yunis Hüseynov.

Turun açılış oyununda “Turan Tovuz” Mərdəkanda “Araz Naxçıvan”la qarşılaşdı. 3-cü yer uğrunda mübarizə baxımından bu qarşılaşma böyük əhəmiyyət daşıyırdı. Ötən tur doğma meydanda qələbə qazanmaqla azarkeşlərini sevindirən “Turan Tovuz” nominal qonaq statusu ilə “Araz Naxçıvan”ı da məğlub edə bilsəydi, gümüş medallara iddiasını xeyli artıracaqdı. Elə oyunun ssenarisi də tovuzluların qələbə qazanacağından, bununla da 3-cü pillədəki rəqibinə xeyli yaxınlaşacağından xəbər verirdi. Faiq Hacıyevin 33-cü dəqiqədə vurduğu qol sayəsində “Turan Tovuz” fasiləyə üstün yollandı. Amma bu üstünlüyü qorumaq mümkün olmadı. Paro 52-ci dəqiqədə hesabı bərabərləşdirdi. “Turan Tovuz” oyunun gedişində say üstünlüyü də qazandı. Melo 77-ci dəqiqədə meydandan qovuldu. Di gəl ki, bu üstünlüyü hesabda əks etdirmək mümkün olmadı. Hərəyə bir dəfə fərqlənən tərəflər meydanı da 1 xalla tərk etdirlər.
53 xallı “Araz Naxçıvan” 3-cü pilləni əldən verənə oxşamır. Onun ən yaxın izləyicisi elə “Turan Tovuz”dur. Qərb təmsilçisinin aktivində 48 xal var. 

“Sabah” – “Səbail” 3:2 
Qollar:
Sofian Çakla, 31. Dmitro Litvin, 82-öz qapısına. Coy Lens Mikels, 90+3  - İnnosent Nşuti, 21. Suleyman Alluş, 74.
"Sabah": 92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 15. Seymur Məmmədov, 4. Sofian Çakla, 70. Cesse Sekidika (k), 3. Con İrasabal, 13. İvan Lepiniça, 99. Neqoş Kupusoviç, 33. Umarali Raxmonaliyev
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 8. Ayaz Quliyev, 6. Abdulax Xaybulaev, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 11. Kahim Parris, 12. Vinsent Till, 83. Stefen Ende
Baş məşqçi: Vasili Berezutski.
"Səbail": 12. Əlirza Müştəbazadə, 96. İlkin Muradov, 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 83. Nihad Quliyev, 10. David Qomis (k), 3. Dmitro Litvin, 99. İnnosent Nşuti, 7. Madi Queta, 5. Gitay Sofir, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 25. Nicat Məmmədzadə, 91. Tural Mirsultanov, 22. Mirabdulla Abbasov, 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 67. Rəvan Abasov, 97. Oruc Məmmədov, 44. Amir Bilali, 4. Marko Nikoliç
Baş məşqçi: Elvin Məmmədov.

“Sabah”ın qələbə həsrəti bu tur bitdi. Amma ədalət naminə bu qələbənin asan başa gəlmədiyini deməliyik. “Səbail” Masazırda iki dəfə hesabda önə keçsə də, bu üstünlüyü qorumaq mümkün olmadı. Elvin Məmmədovun oyundan sonrakı mətbuat konfransında dediyi kimi, “Səbail”in hesabı qorumağa fiziki cəhətdən gücü çatmadı. “Dənizçilər”in hər iki qolu baxımlı alındı. Ümumiyyətlə, “Sabah”ın müdafiə və qapı xəttində problemlərin olduğu artıq heç üçün sirr deyil. “Sabah” az qala hər oyunda qol vursa da, qapısını toxunulmaz saxlaya bilmir. Bu dəfə fərq onda oldu ki, “bayquşlar” rəqibindən daha çox qol vurmağı bacardılar və əzmkar qələbə qazandılar. 
Bu qələbə sayəsində “Sabah” “Neftçi”dən bir qədər də uzaqlaşdı. 39 xallı “Sabah” 5-ci pillədədir. Onların burdan irəli gedəcəyi inandırıcı görünmür. “Səbail” isə sonuncu pillədən qurtulmağa çalışır. “Dənizçilər”in 20 xalı var.

“Qarabağ” – “Neftçi” 3:0 
Qollar: Abdullah Zubir, 22. Yassin Benzia, 40-pen. Nəriman Axundzadə, 41.
"Qarabağ": 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.
"Neftçi": 93. Rza Cəfərov (k), 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 4. Elvin Camalov, 90. Ramil Şeydayev, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 22. Dembo Darboe, 11. Aleks Fernandes.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 19. Azər Salahlı, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 9. Bassala Sambu, 88. Andrey Ştoqrin, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Samir Abasov.

“Neftçi” artıq “Qarabağ”ın rəqibi deyil. Bu həqiqət ən azından bu mövsümlük öz təsdiqini tapdı. “Ağ-qaralar” cari mövsümdə “Qarabağ”a qarşı keçirdikləri oyunların dördünü də uduzdu. Özü də qol vurmadan. Respublika stadionunda keçirilən qarşılaşmada “qol pərdəsi”ni Zubir açdı. Çox keçmədi ki, Benzia Höccətin Kadiyə qarşı kobud oynamasına görə təyin olunan penaltini qola çevirərək fərqi artırdı. Bundan 1 dəqiqə sonra Nəriman sol ayağıyla fərqləndi və hesab 3:0 oldu. Ola bilsin ki, bu hesab “Qarabağ”ı bir qədər sakitləşdirdi və ikinci hissədə azarkeşlər qol vurmadı. “Köhlən atlar” səviyyə fərqindən məharətlə yararlanıb oyuna və topa nəzarəti əlllərində saxladılar, rahatlıqla qələbə qazandılar. Aktivinə növbəti 3 xalı yazan “Qarabağ”ın çempionluğu rəsmiləşdirməsi artıq an məsələsidir.
Lider komandanın aktivində 76 xalı xal var. Mövsümü boşa vermək üzrə olan “Neftçi” isə 35 xalla 6-cı pilləni tutur. “Ağ-qaralar”ın yeganə ümidi ölkə kubokunadır. O ümid də yaxın günlərdə puç ola bilər.

“Şamaxı” – “Kəpəz” 2:1 
Qollar: Alfons Msanqa, 28. Brahim Konate, 67 - Luis Paçu, 35.
Qırmızı vərəqə: Maykl Tuik, 85 ("Şamaxı")
"Şamaxı": 1. Rikardo Fernandes, 18. Cəlal Hüseynov (k), 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 12. Maykl Tuik, 93. Brahim Konate, 30. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev, 66. Vasili Bakiç, 33. Alfons Msanqa.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 23. Murad Vəliyev, 19. Fəxri Məmmədli, 73. Elmar Məmmədov, 32. Vasili Radenoviç.
Baş məşqçi: Ayxan Abbasov.
"Kəpəz": 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 12. Turan Manafov, 70. Nicat Süleymanov, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 88. Şevroni Mabatşoev.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 66. Turqut Mustafazadə, 19. Sadiq Şəfiyev, 11. Trent Buhaqyar, 10. Kərim Lkuça.
Baş məşqçi: Azər Bağırov.

“Kəpəz” Şamaxı səfərindən xalsız döndü. “Səbail”in məğlub olduğu turda qazanılan 1 xal belə Gəncə təmsilçisinin elitadakı yerini qoruması baxımından xeyli əhəmiyyətli idi. Lakin bu xalı qazanmaq mümkün olmadı. “Şamaxı”nın azlıqda qalması belə “Kəpəz”in işinə yaramadı. Msanqanın qoluna cəmi 7 dəqiqə sonra Paçu cavab versə də, Azər Bağırovun komandası məğlubiyyətdən qaça bilmədi. “Şamaxı”nın ikinci hissədə təzyiqi artırması qələbə qolunu vurmaq üçün yetərli oldu. Qələbə qolunu Konate 67-ci dəqiqədə vurdu.
2:1 hesablı qələbə sayəsində xalını 34-ə çatdıran “Şamaxı” 7-ci pillədəki yerini möhkəmlətdi. “Kəpəz” isə 28 xalla 9-cu pilləni tutur.

“Zirə” – “Sumqayıt” 3:1 
Qollar: Georgi Papunaşvili, 6. Martins, 45+1. Salifu Suma, 89 - Bobur Abduholikov, 52.
“Zirə”: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 4. Ruan Renato, 10. Georgi Papunaşvili, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 18. Martins Junior, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 53. Şahmar Aşurov, 30. Rikardo Martins, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
“Sumqayıt”: 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 5. Alan Dias, 23. Ronaldo Vaskes, 60. Tresor Mossi, 9. Bobur Abduholikov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 94. Rəşad Əzizli, 7. Rövlan Muradov, 8. Səbuhi Abdullazadə, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 95. Miloş Miloviç, 12. Georgi Xaraişvili, 11. Momo Yansane, 99. Silvanus Nimeli, 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.

“Zirə” “Qarabağ”ın çempionluğu rəsmiləşdirməsini təxirə saldı. Ən azı bir turluğuna. Rəşad Sadıqovun döyüşkən komandası doğma meydanda “Sumqayıt”ın qapısına 3 dəfə yol tapdı və 3:1 hesablı qələbə qazandı. Bu qələbə qəsəbə təmsilçisinin gümüş medallara doğru inamlı yürüşünün növbəti addımı idi. Səviyyə fərqini meydanda açıq-aşkar sərgiləyən meydan sahibləri qalibiyyətə şübhə yeri qoymadı. Düzdür, “Sumqayıt” 52-ci dəqiqədə hesab arasındakı fərqi azaltmaqla intiriqanı qorumağa çalışsa da, Sumanın 89-cu dəqiqədə vurduğu qol bütün sualların cavabı idi.
61 xallı “Zirə” “Qarabağ”ın ən yaxın izləyicisi olmağa davam edir. 29 xalı olan “Sumqayıt” isə 8-ci pillə ilə kifayətlənir.

Amal Abuşov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
09:30

"Real Madrid"də prezident seçkisinin nəticəsi rəsmən açıqlandı - SON DURUM

09:00

Sergey Yuran bir həftə əvvəl baş məşqçi təyin olunduğu klubdan ayrıldı

02:33

PSJ-nin ulduzu üçün 130 milyon avro ödəyəcəklər?

01:58

Onun üçün "Barselona"dan 80 milyon istədilər

01:14

Elvin Cəfərquliyev susqunluğunu elə bir mesajla pozdu ki...

00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

Facebookdan bizi izləməyi unutmayın.
X