
Premyer Liqanın ilk oyununda “Sumqayıt”a böyük hesabla (0:3) uduzan "Kəpəz"in acı məğlubiyyəti gəncəli tərəfdarların səhhətinə belə təsirsiz ötüşməyib.
Bununla bağlı Fanat.Az-ın elektron ünvanına video göndərilib.
Məğlubiyyətə üzülən Ceyhun Əliyev adlı tərəfdarın təzyiqi yüksəlib və ürəyində narahatlıq yaranıb. O, tibbi müdaxilədən sonra vəziyyətinin sabitləşdiyini, lakin həkimlərin nəzarətində olduğunu bildirib.
Qeyd edək ki, "Kəpəz" tərəfdarı kimi tanınan Ceyhun Əliyev həmçinin "Patriot News.az" saytının rəhbəri, eləcə də Gəncə Qarabağ qaziləri Birliyinin sədr müavinidir.