
Çempionatda işləri yolunda getməyən, məşqçi dəyişikliyinə əl atan "Cəbrayıl"da maliyyə sıxıntısı yaşanır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisində maaşlar yubanır.
AFFA köçürməni etsə də, klub sentyabrın maaaşı verməməklə yanaşı, avqustun məvacibini də yarımçıq ödəyib. Konkret, komandanın 60 faizi avqustun maaşını alıb, 40 faizi qalıb. Üstəlik, "Difai" üzərində qələbənin mükafatı da hələ verilməyib.
Göründüyü kimi, nəticələrin zəif olması sırf məşqçi işi ilə bağlı deyil.
Qeyd edək ki, 1-ci Liqa təmsilçisi 5 turdan sonra hazırda 3 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Mirağa