
Braziliyanın gənc ulduzu Estevao beynəlxalq arenada göstərdiyi performansla adından söz etdirməyə davam edir.
Fanat.Az xəbər verir ki, 18 yaşında milli komandada vurduğu qollarla o, futbol tarixinin iki böyük adı – Lionel Messi və Kriştianu Ronaldunu belə qabaqlayıb.
Məlumata görə, 18 yaşında milli səviyyədə atılan qollar arasında Estevao 4 qolla siyahıya başçılıq edir. Messi və Ronaldu isə həmin yaşda hərəyə 2 qol vurmağı bacarıblar. Bununla yanaşı, Estevao hazırda 2025-ci ildə Braziliya millisinin ən çox qol vuran futbolçudur.
Gənc hücumçunun bu parlaq performansı onun gələcəkdə dünya futbolunun ən iddialı adlarından birinə çevrilə biləcəyini göstərir.
Kamil Xudiyev