
Birinci Liqa təmsilçisi baş məşqçi Zaur Hacıyevlə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, məlumatı Qarabağ klubunun mətbuat xidməti yayıb.

Hacıyev ilə əməkdaşlığa qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub mütəxəssisə göstərdiyi fəaliyyətə və komandaya verdiyi töhfələrə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, UEFA-nın B kateqoriyalı məşqçi lisenziyasına sahib olan Hacıyev bu ilin yanvarından "Xankəndi"ni çalışdırırdı.