
Misli Premyer Liqasının XIII turunun “Qarabağ” – “Karvan-Yevlax” (2:0) oyunundan sonra qonaqların baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransı keçirilib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:
“Futbolçularımız ilk hissədə dediyim plana uyğun, yaxşı oyun sərgilədilər. İkinci yarıda bir az yorğunluq hiss olundu. “Qarabağ”ın əvəzləmələrindən sonra daha çox güc sərf etdik. Amma buna rəğmən, komandam yaxşı oyun göstərdi. Bu da futbolun bir hissəsidir. “Qarabağ”ı təbrik edirəm. Oyunu təhlil edəcəyik. Qarşıda matçlar var. Həmin görüşlərə çox ciddi hazırlaşacağıq”.