
Misli Premyer Liqasında 16-cı tur davam edir.
Fanat.Az xəbər verir ki, turun üçüncü oyun günündə daha iki görüş baş tutacaq.
Əvvəlcə "Qarabağ" "Qəbələ"nin qonağı olacaq. Həftəiçi "Sabah"a uduzaraq liderliyi əldən verən Qurban Qurbanovun komandası səfərdə 3 xal əldə etməklə azı bir günlük zirvəyə dönə bilər.
Günün ikinci oyununda isə "Araz-Naxçıvan" ilə "Şamaxı" Mərdəkanda münasibətlərinə aydınlıq gətirəcək. Turnir cədvəlinin ortalarında qonşu olan komandaların dueli prinsipiallıq daşıyır. İlk dövrədə rəqibindən xal almağı (1:1) bacaran Ayxan Abbasovun baş məşqçisi olduğu komanda bu dəfə qələbə qazana bilsə, turnir cədvəlində naxçıvanlıları geridə qoyacaq.
Qeyd edək ki, cümə günü baş tutan "Kəpəz" - "Turan Tovuz" qarşılaşmasında qonaqlar 2:0 hesabı ilə qalib gəliblər. Dünən "Neftçi" "Karvan-Yevlax" üzərində əzmkar (2:1) qələbə qazanıb. "Zirə" isə "İmişli" ilə bacarmayıb.
Turun, həmçinin ilin son oyunu bazar ertəsi "Sumqayıt" ilə "Sabah" arasında baş tutacaq.
Misli Premyer Liqası
16-cı tur
21 dekabr
15:00. "Qəbələ" – "Qarabağ"
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı.
VAR: Rauf Cabarov, Elşad Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ. Şəhər stadionu.
17:30. "Araz-Naxçıvan" – "Şamaxı"
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov.
VAR: Əliyar Ağayev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Mərdəkan. “Liv Bona Dea Arena”.
