
Bakıda 16 yaşadək qızlar arasında təşkil olunan UEFA İnkişaf Turniri start götürür.
Fanat.Az xəbər verir ki, müvafiq yaş qrupundan ibarət Azərbaycan millisi də bu gün ilk oyununa çıxacaq.
Komandamız Litva U-16-sı ilə qarşılaşacaq.
Binə stadionunda baş tutacaq görüş saat 17:00-da başlanacaq.
Xatırladaq ki, U-16 mayın 8-də, eyni saatda Rumıniya, 11-də isə saat 12:00-da Gürcüstanla üz-üzə gələcək.