
Premyer Liqanın debütantı "Şəfa" növbəti transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi rumıniyalı müdafiəçi Andrey Fernando Draqunu heyətinə cəlb edib.
Keçidi klubun mətbuat xidməti açıqlayıb.
"Şəfa" 26 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalaıb.
Draqunun son olaraq "Unirea" olub.
Qeyd edək ki, futbolçu karyerası ərzində isə "Vitorul", "Botoşani" və "Universitatea" klublarında çıxış edib.
Bu "Şəfa"nın 2-ci legioner, ümumilikdə isə 7-ci transferidir. Bakılılar daha əvvəl Rauf Hüseynli, Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Murad Musayev, Məmməd Hüseynov və Vlad Marian Popu heyətinə qatıb.