
Dünən axşama saatlarında Qobu-Lökbatan yolunda ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki futbolçu dünyasını dəyişib.
Fanat.Az "Oxu.Az"-a istinadən xəbər verir ki, faciəli hadisə Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qeydə alınıb.
99-EN-361 dövlət qeydiyyat nişanlı "Toyota" markalı minik avtomobili "Ford Transit" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində "Toyota"da olan Bəhruz Sultanov və Rauf Hüseynov hadisə yerində həlak olublar, "Ford"un sürücüsü isə xəsarətlər alıb.
Qəzada ölənlər "Qobu" komandasının oyunçularıdır.
Qeyd edək ki, "Qobu" 2025/26 mövsümündə AFFA Region Liqasında mübarizə aparıb.