
Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov UEFA Millətlər Liqasında Litva ilə keçirilən qarşılaşmadan sonra sosial şəbəkə hesabında paylaşım edib.
Fanat.Az xəbər verir ki, təcrübəli forvard azarkeşlərə müraciət edərək səfər matçını belə dəyərləndirib:
"Bir xal qazandıq, amma daha çoxunu istəyirdik".
Mübarizəni dayandırmadıqlarını vurğulayan milli üzvü komandadakı ruh yüksəkliyindən danışıb: "Son fitə qədər birlikdə vuruşduq, istədiyimiz nəticə olmasa da, birik, iddialıyıq və tam fokuslanmışıq".
Növbəti matça hazırlaşdıqlarını bildirən hücumçu fikirlərini bu sözlərlə yekunlaşdırıb:
"Nələrə qadir olduğumuzu bilirik, indi bütün fikrimizi Lixtenşteynlə oyuna yönəldirik; birlikdə irəliləyirik, birlikdə inanmağa davam edirik".