12:44 29.09.2026 52

İlham Əliyev FİFA prezidentini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FİFA-nın prezidenti Canni İnfantinonu qəbul edib.

Fanat.Az xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişafı ilə bağlı görülən işlərə verdiyi dəstəyə görə Canni İnfantinoya təşəkkürünü bildirib.

Dövlətimizin başçısı gələn ay ölkəmizdə ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında təşkil olunacaq (FIFA U-15) dünya çempionatı və festivalına, həmçinin 2027-ci ildə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatına (FIFA U-20 World Cup) hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirdi. Azərbaycanın bu idman tədbirlərində iştirakının önəmini vurğulayan Prezident İlham Əliyev bütün bunların ümumilikdə regionda futbolun inkişafına töhfə verəcəyinə ümidvarlığını ifadə edib.

Canni İnfantino qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Qonaq ilk dəfə ölkəmizdə keçiriləcək 15 yaşadək oğlan futbolçular arasında dünya çempionatı və festivalının önəminə toxunaraq, dünyanın idman ictimaiyyətinin diqqətinin bu tədbirə yönələcəyini dedi.

Görüşdə Azərbaycanda futbolun inkişafı ilə bağlı görülən işlərdən söhbət açıldı, son dövrlərdə bu sahədə əldə edilən uğurlara toxunulub.

Ölkəmizlə FİFA arasında uğurlu əməkdaşlığın qurulduğu vurğulanaraq, tərəfdaşlığın perspektivləri müzakirə olunub.

Söhbət zamanı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) FİFA-nın fəaliyyətinə verdiyi dəstək məmnunluqla qeyd edilib.

Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim edib.

FİFA prezidentinin ölkəmizə səfərinin məqsədi Bakıda oktyabrın son həftəsində keçiriləcək U-15 dünya çempionatına hazırlıqlar ilə tanış olmaqdır. O, bu gün Hövsanda inşa olunan meydançalara baxış keçirib. İnfantino bu məqsədlə qısa müddətdə istifadəyə hazırlanan 10 meydança ilə tanış olub. FIFA prezidenti təxminən iki aya görülən işləri bəyənib. Təşkilati işlərin gedişindən məmnun qalan qonaq daha bir neçə görüş keçirdikdən sonra səfərini başa vuracaq.

Hövsanda İnfantinonu AFFA rəsmiləri müşayiət ediblər.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

29 Sentyabr 2026
13:02

Fil Dişi Sahilindən olan futbolçular Azərbaycan klubu ilə müqavilə bağladılar

12:44

İlham Əliyev FİFA prezidentini qəbul etdi

12:25

U-19 Avropa çempionatına əsas mərhələdən başlayacaq

12:06

"Xankəndi" komandasında baş məşqçi təyinatı reallaşdı

11:47

Türkiyə millisi İtaliyaya belə uduzdu - VİDEO

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:10

"Sabahın Ulduzları": Bürünc mükafatçılar müəyyənləşir

10:51

Fransa klubundan Sterlinqə rədd cavabı

10:30

Bu gün "Mingəçevir reqatası-2026" başlayır

10:09

Brunu Fernandeşə "Qalatasaray"a gəl" çağırışı - VİDEO

09:48

2-ci Liqa: Liderin ən yaxın izləyicisi dəyişə bilər

09:25

"Fitə basılmağa layiq idik" - Vinçentso Montella

09:00

Millətlər Liqası: İspaniya Xorvatiyaya qarşı, İngiltərə səfər sınağına çıxır

01:19

"Toral Bayramovu Bursa şəhərini gəzsin deyə almısınız?"

00:54

Millətlər Liqası: Türkiyə millisi darmadağına uğradı

28 Sentyabr 2026
23:58

"Real Madrid" və "Barselona" onu istəyir

23:11

"Mingəçevir Reqatası-2026" turnirinin püşkatması olub

22:38

Azərbaycanın usta ağırlıqqaldıranlarından dünya çempionatında 2 qızıl, 1 gümüş

22:02

"Bir xal qazandıq amma daha çoxunu istəyirdik" - Renat Dadaşov

21:42

İspaniya nəhəngləri Meksikanın gənc ulduzu uğrunda mübarizəyə qoşuldu

21:14

Virgil van Deyk "Barselona"ya təklif olundu

20:12

Hakobo Ramon "Real Madrid"ə qayıtmaqdan imtina etdi

19:51

Asiyat Abuyeva "Murov Az Terminal"da

19:08

"Sumqayıt" amerikalı basketbolçunu heyətinə qatdı

18:44

PSJ "Barselona"nın ispaniyalı ulduzunu istəyir

18:09

"Turan Tovuz" – "Fənərbağça" matçının gəliri Qarabağ Dirçəliş Fonduna yönəldiləcək

17:44

2-ci Liqa: "Şəmkir" də "Şirvan"ı dayandıra bilmədi

17:26

"Zaqatala"nın planları dəyişdi - SƏBƏB

17:07

"Beşiktaş" axtardığı oyunçunu İngiltərədə tapdı

16:48

"Mingəçevir"də sular durulmur - SON DURUM

16:30

Azərbaycan yığması böyük hesabla uduzdu

16:11

Millimizin qapısına verilən penalti haqlı idimi? - VİDEO

15:49

"Qarabağ" bir sınaq matçı ilə kifayətlənəcək

15:31

"D liqasına və heç-heçəyə layiq oyun idi" - Şahin Diniyev

15:12

"Barselona" gənc vingeri "radar"ına aldı

14:53

Poqba azərbaycanlı futbolçu ilə komanda yoldaşı ola bilər

14:36

"Heç-heçəyə razı idim, amma məğlubiyyət amansızdır" - Yürgen Klopp

14:17

"Qalib gəlsəydik, daha yaxşı olardı, amma..." - Samir Əliyev

13:58

"Xan Yaşma"nın üzvü 25 saniyəyə nokautla qalib gəldi, daha 4 idmançı "qızıl" qazandı - FOTO/VİDEO

13:40

"Daha yaxşısını edə bilərdik" - "Şəfa"nın müdafiəçisi "Turan Tovuz"la oyundan nə gözləyir?

Facebookdan bizi izləməyi unutmayın.
X