Dünya çempionatının 1/4 finalında İngiltərəyə yenilən Kolumbiya azarkeşləri qarşılaşmanın yenidən keçirilməsini tələb edir.
Fanat.Az xəbər verir ki, fanatlar matçın yenidən keçirilməsi üçün FIFA-ya şikayət ediblər. Onlar artıq 250 min imza toplayıb. Kolumbiyalılar Harri Keynin yerə yıxıldığı epizodda penalti təyin edilməsinə etiraz edirlər.
Qeyd edə edək ki, İngiltərə - Kolumbiya oyununun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. İngilislər penalti seriyasında 4:3 hesablı qələbə qazanıb. Hakim 57-ci dəqiqədə Harri Keynin yerə yıxılmasından sonra penalti təyin edib. Səbəbkar zərbəni dəqiq yerinə yetirərək hesabı açıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol