UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə qarşılaşacaq Farer adalarının heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Lars Olsen 23 futbolçuya dəvət göndərib.
Baş məşqçi zədəli Syolvi Vanhamarın əvəzinə Pol Yohannus Yustinusseni komandaya cəlb edib.
Qapıçılar: Qunnar Nilsen ("Hafnarfyordur", İslandiya), Teytur Gestsson ("Torshavn"), Kristian Yönsen ("Klaksvik")
Müdafiəçilər: Atli Qreqersen ("Vikinqur"), Odmar Feryo ("B-36 Torshavn"), Vilyormur Davidsen ("Veyle", Danimarka), Yoqvan-Roy Davidsen ("Torshavn"), Sonni Nattestad ("Horsens", Danimarka), Aleks Mellemqor ("B-36 Torshavn"), Hayni Vatnsdal ("Fremad Amager", Danimarka)
Yarımmüdafiəçilər: Qunnar Vanxamar ("Vikinqur"), Maqnus Egilsson ("Torshavn"), Kay Bartalsstovu ("Vestmannaeyar", İslandiya), Gilli Syorensen ("Brann", Norveç), Rene Yönsen ("Qrinadiv", İslandiya), Trondur Yensen ("Torshavn"), Pol Yohannus Yustinussen ("NSİ Runavik"), Hallur Hansson ("Horsens", Danimarka), Brandur Olsen ("Hafnarfyordur", İslandiya), Reqvi Baldvinsson ("Bryune", Norveç)
Hücumçular: Finnir Yustinussen ("Nestved", Danimarka), Yohan Suymun Edmundsson ("Arminiya", Almaniya), Klemint Olsen ("NSİ Runavik")
Qeyd edək ki, Farer adaları Azərbaycanı oktyabrın 11-də, Kosovonu isə oktyabrın 14-də qəbul edəcək. Lars Olsenin rəhbərlik etdiyi kollektiv D Liqasının 3-cü qrupunda 3 xalla 2-ci pillədə qərarlaşıb. Azərbaycan isə 2 xalla 3-cü yerdədir. Lider Kosovonun 4, son sıradakı Maltanın 1 xalı var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol