19 yaşadək qızlardan ibarət yığmamız bu gün Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, komandamız ikinci sınağında İsveçrə seçməsi ilə üz-üzə gəlib. Görüş yığmamızın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. U-19-un qapısından hər 3 topu Stefanie Veber (50, 69 (pen.), 90) keçirib.
Qeyd edək ki, komandamız qrupun ilk oyununda Türkiyəyə 0:2 hesabı ilə uduzub. İsveçrə isə Kipri darmadağın edib – 9:0.
Xatırladaq ki, seçmə mərhələnin oyunları Türkiyədə keçirilir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol