UEFA Millətlər Liqasının III turunda Farer adaları və Azərbaycan yığmaları arasında keçiriləcək matç üçün bütün təyinatlar açıqlanıb.
Fanat.Az xəbər verir ki, matçı rusiyalı Aleksey Yeskovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Baş hakimə Dmitri Mosyakin və Anton Averyanov yardımçı olacaq. Dördüncü hakim funksiyasını Valeri Dançenko yerinə yetirəcək.
Əlavə köməkçi-hakimlər Vladislav Bezborodov və Mixail Vilkov olacaq. Hakimlərin işinə andoralı hakim-inspektor Salustia Çato Çipres qiymət verəcək, UEFA nümayəndəsi isə rumıniyalı İonel Piskanu olacaq.
Qeyd edək ki, oktyabrın 11-də Torshavn şəhərindəki Torsvollur stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22.45-də başlayacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol