UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz Naxçıvan” klubu iki futzalçısı ilə müqavilə müddətini uzadıb.
Fanat.Az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-ağlar” son 2 mövsümü komandanın heyətində keçirən Amadeu və Lukas Romao ilə ortaq məxrəcə gəlib.
Hər iki futzalçı 2024/2025 mövsümünü də Naxçıvan təmsilçisində keçirəcək. Baş məşqçi Vitali Borisov da komandadakı vəzifəsini davam etdirəcək.
Braziliyalı Kadinyonu transfer edən ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla başa çatan müqaviləni yeniləməyib. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.