09:35 07.12.2025 1809

"İkinci cəbhə"dən mesaj göndərən "birincilər" - Cəfa çəkəni də var, "Şəfa" tapanı da

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

1-ci liqada ilk dövrə yekunlaşıb. Bu o deməkdir ki, artıq çempionatın üçdəbiri geridə qalıb. Son illərlə güclü rəqabətin müşahidə olduğu aşağı liqada cari mövsüm nə ilə fərqlənir? Premyer Liqaya rəng qatan "Qəbələ", "İmişli" və "Karvan-Yevlax"ın builki davamçıları estafeti layiqincə daşıya bilirlərmi? İlk dövrədən diqqət çəkən məqamlara toxunmaq, iddialıların şanslarını dəyərləndirmək istəyirik.  

Kubokda "boy göstərdilər"

10 komandanın iştirakı ilə baş tutan çempionatda 9 turdan sonra “Şəfa” turnir cədvəlinin zirvəsində qərarlaşıb. Bakı klubu 23 xalla bütün rəqiblərini qabaqlayır. 2-ci yer “Səbail”indir. Bayıl təmsilçisi 18 xala malikdir. Bu iki komanda çempionluğa əsas namizədlərdir. Amma digərlərini də hesabdan silmək olmaz. Hazırki durumda şanslar baxımından iştirakçıları birinci və ikinci "5-liy"ə bölməklə səhv etmərik. Baxmayaraq ki, liqada qalmaq uğrunda mübarizə aparan komanda kimi təsnifatlandırmalı olduğumuz "Difai" və "Şahdağ Qusar" kubokda Premyer Liqa təmsilçilərinə qarşı "boy göstərdilər".


Kubokdan danışımalı olsaq, I Liqanın 4 təmsilçisi - "Şəfa", "Baku Sportinq", "Difai" və "Şahdağ Qusar" 1/8 finala vəsiqə qazanmaqla çoxlarını təəccübləndirə bilmişdi. Əksəriyyət sözügedən komandaların bu mərhələdə Premyer Liqa təmsilçilərinə müqavimət göstərə bilməyəcəklərini proqnozlaşdırırdı. Ancaq onların iştirakı ilə baş tutan görüşlərin heç birində böyüh hesablı nəticə qeydə alınmadı. Təsadüfi deyil ki, 1/8 final mərhələsində son 14 mövsümün ən aşağı məhsuldarlıq göstəricisi qeydə alındı. Səkkiz oyunda cəmi 19 qol vuruldu. Sonuncu belə zəif məhsuldarlıq 2011/12 mövsümündə təsadüf edirdi. Həmin vaxt 7 qarşılaşmada 14 qol vurulub. Müqayisə üçün qeyd edək ki, ötən mövsüm 1/8 finalda 27 qol qeydə alınmışdı.
Lider "Şəfa" "Qəbələ"yə xeyli çətin anlar yaşatdı. Erkən qol buraxmasına baxmayaraq özündə güc tapıb dərhal bərabərliyi təmin edən Elgiz Kərəmlinin komandası "Qəbələ"yə 1:2 hesabı ilə uduzdu ki, Kaxaber Tsxadadzeli bölgə təmsilçisini 1/4-ə dubl edən legioner hücumçusu İbrahim Sanqare çıxardı. 
"Baku Sportinq" "Şamaxı"ya daha uzun müddət - 69-cu dəqiqəyə qədər müqavimət göstərdi. Burada da Bakı təmsilçisi rəqibin legioner hücumçusu Abdulaye Şuaybunun yeganə qolu sayəsində mərhələni keçməyə müvəffəq oldu. 
Daha bir Premyer Liqa-Birinci Liqa dueli Sumqayıtda baş tutdu ki, "Şahdağ Qusar" "Turan Tovuz"u xeyli tərlətdi. Rahid Əmirquliyevin komandası qərb təmsilçisi ilə görüşdə 0:2 geri düşsə də, rəqibi məyus edə (1:2) bildi. Hətta şansları gətirsəydi, son dəqiqələrdə bərabərlik qolunu da vura, qarşılaşmanı əlavə vaxta qədər uzada bilərdi. İstənilən halda, qusarlılar kuboku üzüağ tərk etdilər və bu mücadilə komandaya çempionatın qalan hissəsində özünə inam qazandırmalıdır.
I Liqanın kuboku tərk edən son iştirakçısı "Difai" oldu. Çempionatda autsayderlərdən sayılmasına baxmayaraq, ağsulular "Sumqayıt"ın əsəbləri ilə oynamağı bacardılar. 83-cü dəqiqəyə - qırmızı vərəqə alıb azlıqda qalana qədər meydanda başabaş mübarizə getdi. Hesabı açan və 68-ci dəqiqədə üstünlüyünü əldən verən "Sumqayıt"ın da bütün qollarını legionerlərin (Ronaldo Vaskez-2, Aleksandr Ramalinqom) vurduğunu vurğulamaq yerinə düşər. Bu o deməkdir ki, aşağı liqa təmsilçilərinin hamısında yerli futbolçular fərqləndisə, Premyer Liqa komandalarını əcnəbilər xilas etdi. 



"Şəfa" - yenilgisiz tək komanda

Azərbaycan Kubokunun 1/8 finalında səfərdə "Qəbələ"yə uduzaraq mübarizəni dayandıran "Şəfa"nın məğlubiyyətsiz oyunlar seriyası da başa çatdı. 1-ci Liqa komandası "qırmızı-qaralar"la görüşədək ardıcıl 23 oyunda yenilməmişdi. Bu matçlardan 13-ü 2-ci, 9-u 1-ci Liqaya, 1-i isə Azərbaycan Kubokuna təsadüf edib. Bununla belə, kuboku nəzərə almasaq, çempionatdakı məğlubiyyətsiz seriya davam edir. İkinci Liqadan başlayan və təsminən bir ildir davam edən yenilgisiz oyunları qış fasiləsinə qədər uzatmaq real görünür. Elgiz Kərəmlinin baş məşqçisi olduğu komanda ilin son 3 oyununda ardıcıl olaraq "Zaqatala", "Cəbrayıl" və MOİK-lə qarşılaşacaq. Hansı ki, "Şəfa" ilk dövrədə bu komandaların üçünü də böyük hesabla məğlub edib. "Zaqatala" 4:0, "Cəbrayıl" 3:0, MOİK isə 4:1 hesabı ilə darmadağın edilib.    
Ümumiyyətlə, "Şəfa"nın əsas gücü hücum potensialındadır. Bakılılar ilk dövrədəki bütün qarşılaşmalarda rəqib qapısına yol tapmağı bacarıblar. Üstəlik, yalnız bir oyunda - "Difai" ilə 1:1 bitən matçda bir qolla kifayətlənib, digər oyunlarda rəqiblərini azı 2, əksəriyyətində 3 və 4 dəfə topu tordan çıxarmağa məcbur ediblər. Həm də bu missiya hansısa bir oyunçunun "boynuna biçilməyib", komanda oyunu sərgiləyən bakılılarda 3-4 qol vuran futbolçuların sayı 5-ə çatır. 

Beş xal gerilik baş məşqçi dəyişikliyinə səbəb oldu

İlk dövrədə "Şəfa"dan 5 xal geri düşən "Səbail" bu durumla razılaşmır. Baxmayaraq ki, hazırki 2-ci yer çempionatın sonuna kimi qorunsa, bu, Premyer Liqaya vəsiqə üçün pley-off matçı oynamağa imkan verəcək. Ancaq Bayıl təmsilçisi yuxarı liqada yarışı 11-ci yerdə başa vuracaq komanda ilə qarşılaşmağı risk hesab etdiyi üçün "Şəfa"nı sona qədər təqib etməyə qərarlıdır. Dövrə başa çatar-çatmaz edilən baş məşqçi dəyişikliyi də buna işarədir. Elvin Məmmədovun boşaltdığı posta daha təcrübəli Adil Şükürovu təyin edən "dənizçilər" qış fasiləsində qədər münasib rəqiblərlə - "Difai", "Şahdağ Qusar" və "Şimal"la qarşılaşacaq. Bakılılar bu görüşlərdən maksimum xalla ayrılmaqla yanaşı, "Şəfa"nın büdrəyəcəyinə ümid edəcək. 


"Səbail"in əsas problemi hücumla bağlıdır. "Dənizçilər" çempionatın ən zəif məhsuldarlıq göstərən üç iştirakçısından biridir. Komanda 9 oyunda cəmi 10 qol vurub. Halbuki, ən etibarlı müdafiə məhz "Səbail"dədir. Komanda qapısında cəmi 5 qol görüb.  

"Mingəçevir", "Baku Sportinq", "Zaqatala"...

Bu komandalar ilk dövrəni eyni xalla 3-5-ci yerlərdə başa vurdular. Bölgə təmsilçiləri 9 oyundan 3-də məğlub olsalar da, "Baku Sportinq"dən öndədirlər. Baxmayaraq ki, bakılılar birinci dövrədə cəmi bir məğlubiyyət acısı yaşayıb - "Şəfa"ya uduzublar. Di gəl,  paytaxt təmsilçisi 9 turda daha çox heç-heçələrlə diqqət çəkib. Belə ki, Röyal Nəcəfovun komandası bu görüşlərin az qala yarısından, 4-dən 1 xalla ayrılıb. 
"Mingəçevir" təcrübəli Ramiz Məmmədovun rəhbərliyi altında çempionluq mübarizəsinin əsas favoriti görülməsə də, mübarizəsini davam etdirir. Liderdən bir qədər uzaq (7 xal) düşən sözügedən komanda 2-ci yerdə qərarlaşan "Səbail"dən cəmi 3 xal geridədir. Məmmədovun komandası ilk dörvəri liderin ən yaxın izləyicisi statusunda bitirə bilərdi. "Səbail"in "Cəbrayıl"a uduzduğu turda, "Mingəçevir" də "Baku Sportinq"ə məğlub oldu. 
"Zaqatala" ilk "5-lik"dəki komandalardan cəmi 1 xal ("Baku Sportinq" - 1:1) qoparsa da, turnir cədvəlinin ikinci yarısındakı rəqiblərinin hamısını yenməklə, məntiqəuyğun nəticə əldə edib. Ancaq daha da irəliləmək üçün ilk "üçlük"dəkiləri də məğlub etmək lazımdır. Bu mənada "Zaqatala"nın qış fasiləsinə qədər iki belə sınağı var. Şimal-qərb təmsilçisi ikinci dövrənin ilk turunda lider "Şəfa" ilə qarşılaşacaq, fasilə ərəfəsində son turda isə "Baku Sportinq"lə üz-üzə gələcək. 

...və liqanı tərk etməyə üç namizəd 

İkinci "5-lik"də daha çox "Cəbrayıl"ın irəliləmək imkanlarını real saymaq olar. Cavid Hüseynovun komandası son 4 turda 9 xal toplayıb. Başqa sözlə, bölgə təmsilçisi xal ehtiyatının 75 faizini son turlarda əldə edib. Komandanın 5-ci yerdə qərarlaşan "Baku Sportinq"lə (həmçinin "Zaqatala" və "Mingəçevir"lə) aradakı 4 xallıq fərqi əritməsi mümkün görünsə də, çempionluq mübarizəsinə qoşulması inandırıcı deyil. "Cəbrayıl"ın qışfasiləsinə qədərki oyunları bu tərəddüdə müəyyən qədər aydınlıq gətirəcək. Belə ki, Cavid Hüseynovun komandası 10-cu turda "Mingəçevir"lə, 11-ci turda isə lider "Şəfa" ilə qarşılaşacaq. 
II Liqaya düşmək riski isə daha çox MOİK, "Difai" və "Şimal" üçün görünür. Bu mənada sonuncuların şansı daha az qiymətləndirilir. İlk dövrədə qələbənin nə olduğunu bilməyən Xaçmazlılar 4-ü böyük hesablı məğlubiyyət olmaqla, 6 qarşılaşmada azı 3 top buraxaraq məğlub olublar və ümumilikdə qapılarında 29 qol görüblər. Bu mənada aşkar autsayder məhz "Şimal"dır.

"Snayper" vurur, "hərbçilər" irəliləmir

I Liqadakı mənzərədən əsas diqqət çəkən məqamlardan biri bombardir mübarizəsidir. Bəribaşdan qeyd edək ki, qolçuların yarışında məhsuldarlıq zəifdir. Hamıdan çox fərqlənən futbolçunun hesabında 7 qol var. Doğrudur, Premyer Liqadakı müvafiq göstərici də 7 rəqəmi ilə ifadə olunur, üstəlik, orta hesabla məhsuldarlıq daha aşağıdır. Əvəzində, II Liqanın bombardir(lər)i 11 oyunda 15 qol vurub(lar). Üstəlik, I Liqanın əsas qolçusu autsayder komandalardan birinin - MOİK-in üzvüdür. Seyxan Fərəcov 9 oyundan dördündə - 1, 4, 5, 9-cu turlarda fərqlənib. O, bu görüşlərdə bhəm het-trik, həm də dubl etməyə imkan tapıb. Nazirlik komandasının vurduğu 9 qoldan 7-si məhz Seyxanın ayağındadır. Onun təqibçilərinə gəlincə, 5 futbolçu 4, daha 14 nəfər isə 3 qolla yadda qalıb.

Mirağa Mirzəyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
13:14

"Sabah"ın sabiq baş məşqçisi klubsuz qaldı

12:54

Azərbaycanlı stolüstü tennisçi beynəlxalq turnirdə 3-cü oldu

12:28

Bakı klubunda istefalar: Üç rəsmi şəxs postundan ayrıldı

12:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:50

"Şəfa" ilk transferini reallaşdırdı

11:31

Ronald Arauxo Uruqvay millisinin düşərgəsini tərk edərək Barselonaya qayıtdı

11:10

İtaliya Krit adasından qalib döndü, Xorvatiyadan minimal üstünlük - Oyunlar

10:49

Van Persi postundan qovuldu

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:51

Aziz Yıldırım 8 il sonra "Fənərbağça"ya döndü

09:30

"Real Madrid"də prezident seçkisinin nəticəsi rəsmən açıqlandı - SON DURUM

09:00

Sergey Yuran bir həftə əvvəl baş məşqçi təyin olunduğu klubdan ayrıldı

02:33

PSJ-nin ulduzu üçün 130 milyon avro ödəyəcəklər?

01:58

Onun üçün "Barselona"dan 80 milyon istədilər

01:14

Elvin Cəfərquliyev susqunluğunu elə bir mesajla pozdu ki...

00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

Facebookdan bizi izləməyi unutmayın.
X