
İspaniya nəhəngi "Barselona" gələcəyin ulduz futbolçularını heyətinə qatmaq strategiyası çərçivəsində Cənubi Amerikada növbəti böyük hədəfini müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, İspaniyanın məşhur "AS" nəşrinin yaydığı məlumata görə, Kataloniya klubu "Atletiko Mineyro"nun vunderkindi Qabriel Venenonu yaxından izləyir.
Braziliyada artıq "yeni Neymar" olaraq adlandırılan gənc cinah hücumçusu hələ əsas komandada rəsmi debüt etməsə də, böyük potensialı ilə diqqət çəkir.
Braziliya təmsilçisi yüksək istedada malik oyunçunun satışı üçün 20 milyon avro ilə yanaşı, əlavə bonuslar da tələb edir.