Bu mövsüm Premyer Liqada keçirdiyi 19 oyunun 18-də qələbə qazanan və bir matçda heç-heçə edən "Mançester Siti" heyətini gücləndirməyə hazırlaşır. Fanat.Az xəbər verir ki, Pep Qvardiolanın başçılıq etdiyi kollektiv "Sautqempton"dan Virgil van Diyki transfer edir.
"The Telegraph"ın iddiasına görə, "Mançester Siti" holland mərkəz müdafiəçisi üçün 65 milyon avro təklif edib. Premyer Liqanın lideri yayda sol cinah müdafiəçisi Benjamin Mendi üçün "Monako"ya 40, sol cinah müdafiəçisi Kile Ualker üçün "Tottenhem"ə 50 milyon avro ödənmişdi. Virgil van Diykiin transferi 65 milyon avroya baş tutsa, Qvardiola bir mövsümdə sadəcə müdafiə xətti üçün 155 milyon avro xərcləmiş olacaq
Qeyd edək ki, Virgil van Diyk 2015-ci ildə "Seltik"dən "Sautqempton"a 15,7 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 30 milyon avro qiymət qoyduğu müdafiəçi cari mövsümdə 14 rəmi oyuna çıxaraq 1 qol vurub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol