21:59 30.09.2018 1944

Qəbələdə "sülh", "Sumqayıt" 3-cü pillədə

Bu gün Topaz Premyer Liqasında VI tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
 
Günün ilk oyununda "Qəbələ" doğma meydanda "Keşlə" ilə qarşılaşıb. Hesab 5-ci dəqiqədə qonaqlardan Amil Yunanov açıb. 76-cı dəqiqədə Stiven Monroz brabərliyi təmin edib və oyun 1:1 esabı ilə yekunlaşıb.

Bu "Qəbələ" və "Keşlə" arasında Premyer Liqada 41 qarşılaşma olub. 11 oyunda əyalət təmsilçisi, 14-də "Keşlə" meydanı 3 xalla tərk edib. 16 görüşdə isə qalib müəyyənləşməyib. Topların fərqində də paytaxt klubu öndədi - 52:41. "Qəbələ" rəqibinə qarşı keçirdiyi son 8 çempionat oyununda meydanı qolsuz tərk etməyib. Əvəzində "Keşlə" ardıcıl 12 oyundu rəqibini məğlub edə bilmir.

VI tura "Bayıl Arena"da keçirilən "Sumqayıt" - "Zirə" matçı ilə yekun vurulub. Matçın taleyini avtoqol həll edib. 16-cı dəqiqədə topu öz komandasının qapısına vuran Adil Nağıyev "Sumqayıt"ın 1:0 hesablı qələbə qazanmasına səbəb olub.

Bu komandalar çempionatda 13-cü dəfə üz-üzə gəlib. Onlardan 6-da "Zirə", 4-də "Sumqayıt" qələbəyə sevinib. 3 matç isə heç-heçə yekunlaşıb. Topların fərqində də qəsəbə klubu öndədi - 15:11. 

Qeyd edək ki, turun ilk iki oyununda "Neftçi" "Səbail"i 4:0, "Qarabağ" "Sabah"ı 2:0 hesabı ilə yenib.
 
Premyer Liqa
2018/19 mövsümü
I dövrə, VI tur

30 sentyabr
Qəbələ - Keşlə 1:1
Qollar: Stiven Monroz, 76 - Amil Yunanov, 5.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 10. Rauf Əliyev, 14. Cavid Hüseynov (k), 18. İlqar Qurbanov, 21. Atakora Lalavele, 28. Stiven Monroz, 34. Urfan Abbasov, 88. Sabien Lilay.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 7. Roman Hüseynov, 11. Asif Məmmədov, 17. Ceyms Adeniyi, 26. Faiq Hacıyev, 27. Bəhlul Mustafazadə, 32. Amin Seydiyev, 79. Əli Sadıxov, 99. Abbas Ağazadə.
Baş məşqçi: Sənan Qurbanov.
Keşlə: 1. Kamran Ağayev (k), 3. Denis Silva, 4. Slavik Alxasov, 9. Amil Yunanov, 19. Azər Salahlı, 21. Herve Tçami, 22. Nikola Mitroviç, 31. Georgios Georgiadis, 65. Cabir Əmirli, 90. Ebrima Sohna, 93. Edvinas Girdvainis.
Ehtiyat oyunçular: 30. Davud Kərimi 7, Vaqif Cavadov, 10. Ruslan Nəsirli, 11. Bahodir Nasimov, 17. Samir Məsimov, 18. Ruslan Əmircanov, 33. Tərlan Quliyev, 71. Emil Quliyev, 72. Əsəd Məsimov, 88. Məmməd Quliyev.
Baş məşqçi: Mladen Milinkoviç.
Hakimlər: Rəvan Həmzəzadə, Cavanşir Yusifov, İsgəndər Əliyev, Etibar Həsənov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
AFFA nümayəndəsi: Abas Hüseynov.
Qəbələ şəhər stadionu.

Sumqayıt - Zirə 1:0
Qol: Adil Nağıyev, 16 (avtoqol).
Sumqayıt: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov (k), 4. Şəhriyar Əliyev, 7. Cavid Tağıyev, 10. Aleksey İsayev, 11. Atilla Yıldırım, 14. Bəxtiyar Həsənalızadə, 18. Süleyman Əhmədov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 99. Əli Babayev.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı 3. Vurğun Hüseynov 17. Nicat Qurbanov 44. Qvanzav Maqomedov 70. Ülvi İsgəndərov 74. Yusif Nəbiyev 77. Murad Xaçayev.
Baş məşqçi: Nazim Süleymanov.
Zirə: 1. Anar Nəzirov (k), 2. İlkin Qırtımov, 5. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 7. Pərdis Fərcad-Azad, 11. Dilan Duventru, 16. İbrahim Aslanlı, 27. Adrian Skarlatake, 39. Sadiq Quliyev, 77. Mirsahib Abbasov, 91. Bilal Həmdi.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Budaq Nəsirov, 10. Sadio Tounkara, 8. Kamal Mirzəyev, 9. Aleksandr Dedov, 17. Vüsal İsgəndərli, 26. Miloş Rodivoyeviç, 38. İlkin Muradov, 47. Əmrah Bayramov.
Baş məşqçi: Samir Abasov.
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Rza Məmmədov, Əliyar Ağayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
"Bayıl Arena”.
 

Klub

O

Q

H/H

M

T/F

X

1

Neftçi

6

5

1

0

13:3

13

2

Qarabağ

6

5

1

0

13:4

16

3

Sumqayıt

6

3

1

2

8:6

10

4

Sabah

6

3

1

2

5:6

10

5

Səbail

6

2

1

3

5:10

7

6

Qəbələ

6

1

2

3

7:9

5

7

Keşlə

6

0

2

4

5:10

2

8

Zirə

6

0

1

5

5:13

1

Bombardirlər

Marko Deviç (Sabah) - 5. Baqali Dabo (Neftçi), İnnosent Emeqara (Qarabağ) - 4.


Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
02:33

PSJ-nin ulduzu üçün 130 milyon avro ödəyəcəklər?

01:58

Onun üçün "Barselona"dan 80 milyon istədilər

01:14

Elvin Cəfərquliyev susqunluğunu elə bir mesajla pozdu ki...

00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

Facebookdan bizi izləməyi unutmayın.
X