İngiltərə millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanıb
İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeytlə yeni müqavilə imzalanıb.
Fanat.Az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayb.
Yeni anlaşmaya əsasən, 48 yaşlı mütəxəssis 2022-ci ildə keçiriləcək dünya çempionatının sonunadək millidə olacaq.
Qeyd edək ki, Sautqeyt 2016-ci ildən İngiltərə milli komandasının baş məşqçisi vəzifəsində çalışır. Onun əvvəlki müqaviləsinin müddəti 2020-ci ilə qədər idi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol