İslandiya millisinin heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, "Qarabağ"ın qapıçısı Hannes Halldorsson da heyətdə yer alıb. 34 yaşlı qolkiper oktyabrın 11-də Fransaya qarşı yoldaşlıq, 15-də isə İsveçrə ilə UEFA Millətlər Liqasının oyunu üçün heyətə cəlb olunub.
Qeyd edək ki, bu ilin yayında "Qarabağ”a transfer olunan Halldorsson "DÇ-2018"də İslandiya yığmasının heyətində yer alıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol