"Uzaq səfərdən vacib qələbə ilə dönmüşük. Ancaq Malta ilə qarşılaşma daha əhəmiyyətli olacaq. Komandada əhval-ruhiyyə yüksək səviyyədədi. Sabah meydanda yaxşı oynayacağımıza və vacib xallar qazacağımıza inanıram".
Fanat.Az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Maksim Medvedev UEFA Millətlər Liqasının IV turunda Malta yığması ilə oyundan əvvəl deyib.
Təcrübəli müdafiəçi Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında matçla bağlı fikirlərini bölüşüb: "Əlbəttə, nə qədər çox azarkeş gəlsə, bizə bir o qədər xoş olacaq. Çünki azarkeş dəstəyinə böyük ehtiyacımız var. İnanıram ki, 3:0-lıq qələbə onları da həvəsləndirəcək. Biz də öz növbəmizdə azarkeşlərimizi qələbəylə sevindirməyə çalışacağıq".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol