18:32 14.12.2019 3010

"Bataqlıq" klublarına ayrılan milyonlar, ictimai nəzarəti "düşmən" obrazında görənlər

Tahir Süleymanov

Bütün sahələrdə olduğu kimi futbolda da strateji addımlar düzgün atılmasa, təhlillər doğru olmasa, ardıcıllıq təmin edilməsə, inkişaf trayektoriyası, yolu gedilə bilməz...

Ölkə futboluna milyonlar yatırılandan sonra çox az sayda uğurlu layihələr olub. Onlardan biri əvəzedicilərin yarışı idi. Bu gün az-çox üzdə olan bacarıqlı yerli futbolçuların hamısı 10 il öncə startı verilən birincilikdən keçib, əsas komandaya, milliyə kimi yüksəlib...

Uşaq yaş qruplarından sonra əvəzedicilər çempionatı əsas komanda yolunda son körpü, tramplin rolunu oynayırdı. Çətin rəqabətdən keçərək ən istedadlılar əvəzedici heyətdə möhkəmlənə bilirdilər. Bu da əsas komandaya layiqli gənclərin gəlməsini təmin edirdi. Əvəzedicilər çempionatı adına layiq əvəzedilməz yarış idi...

"Neftçi"də çalışdığımız dönəmdə yeniyetmə-gənclərə olan münasibətimiz əsas komandadan fərqlənmirdi. Limiti ümumiyyətlə düşünmürdük. Çünki, səviyyəli legionerlərlə yanaşı heyətdə çıxış edənlərin, meydana sonradan çıxanların, ehtiyatda oturanların 90%-i gənclər idi...

Bir çoxunun inkişafı, təcrübə toplaması, əvəzedicilər yarışını aşdıqları üçün digər klublara icarəyə göndərilir, püxtələşmələri təmin edilirdi. Klubda, heyətdə sağlam rəqabət yaradılır, təcrübəlilər gənclərin nəfəsini hiss edirdilər. Bu amil, əsas heyət üzvlərinin boşalmasına, arxayınlaşmasına da imkan vermirdi...

Komandanın çempionluqları ilə yanaşı əvəzedicilər də öz yarışlarını qazanır, mükafatçılar sırasında olur, qalib ruhda böyüyürdülər. Eyni zamanda özlərinin təlim-məşq toplanışları ilə yanaşı daimi olaraq rəqabətə dözənlər, daha perspektivlilər əsas heyətlə birgə məşq edir, toplanışlarda yoxlanılırdı...

Beləcə futbol ardıcıllığı, qayğısı ilə gənclərin əsas heyətə yolu açılırdı. Qeyd olunanları təmin edən səbəb, ilk növbədə əvəzedicilər çempionatı idi. Premyer liqa təqviminə uyğun paralel çıxışlar gəncləri tam nəzarətdə saxlamağa imkan yaradırdı...

Şəraitdən necə istifadə edilməsi isə hər bir klubun özünə, futbola yanaşmasına aid məsələdir. Kimlər düzgün addım atırdısa, futbolçu problemi yaşamır, ancaq xeyirini görürdülər. Bu, nəticələrin qazanılması ilə birgə maddi baxımdan da sərfəli idi...

Əvəzediciləri Diviziona qatmaq istəyəndə federasiya cavabdehləri ilə söhbətlərimdə yanlış addım olacağı dəfələrlə vurğulanıb, təhlillərlə əsaslandıraraq fikirlər səsləndirilib. Əvəzedicilərin düşünülmədən aşağı liqaya göndərilməsi, olan-qalan bacarıqlı gənclərin sabahını şübhə altına atmaq demək idi...

İnkişafın dayanacağı bir tərəfdən, onsuz da Divizionla bağlı mənfi siqnallar davamlı xarakter daşıyır, UEFA-dan məktubların ardı-arası kəsilmirdi. Belə durumda gəncləri "bataqlığa" sürükləmək düşünülməmiş, dərin təhlillərdən keçirilməmiş, bağışlanmaz addım idi...

Niyyət fərqli, uşaqların daha çox oyun praktikası qazanması düşüncəsi ola bilərdi. Bunun özü də yanlış idi. Onsuz da oyunlarının çoxunu öz aralarında oynayacaqdılar. Hərtərəfli nəzarət altında daha yaxşı şəraitdən, sınanmış yarışdan "çirkaba" sürgün edildilər. İndi inkişaf etmək əvəzinə "bataqlıqda" kütləvi cəzalarla üz-üzə qalıblar...

Oxumaq bir başqadı, oxuyub dərk etmək bir başqa... Nəzəriyyə fərqlidi, onu praktikada tətbiq etmək tam fərqli. Bunları öncədən düşünmək və düşünülmüş addımlar atmaq gərəkdir. Əks halda nəticəsi indiki kimi olur...

Ölkə futbolunda qarşıdurmalara, ittihamlara, didişmələrə son qoyulmalıdır. Futbolun inkişafı düşünülürsə, birliyin, qarşılıqlı dialoqların, sağlam mühitin yaradılması mütləqdir. Bu addımı səlahiyyətlərinə uyğun ilk növbədə futbolu idarə edənlər atmalıdır...

Gənclərin Diviziona yuvarlanmasını öz qərarları ilə təmin edənlər kənardakılar deyil. "Bataqlıq" klublarına illərdi xalqın, dövlətin milyonlarını ayıranlar da başqaları deyil. Divizionda kütləvi yaş həddi limitini həyata keçirənlər də fərqli məkandan deyillər...

Futbol camiəsindən üz döndərmək, məsləhətlərə qulaq asmamaq, ictimai nəzarəti "düşmən" obrazında görmək, sağlam düşüncədən qaçmaq, süni cəbhələşmələr yaratmaq, futbolun sabahı uğrunda deyil, şəxsi məqsədlər məngənəsində ilişib qalmaqdı. Bunların sonu məğlubiyyətdi, necə ki, yaşıl meydanlarda məğlubiyyətlər sıralanır...

Belə mühitdə tində, pusquda dayananlar ordusu da yaranır, günü-gündən çoxalır. Onların çoxu hələ üzdə deyillər. Əl altdan planlar qurulur, "gələcək" futbol "düşünülür". Çünki, onları da futbol maraqlandırmır, futbolu ələ almaq, mənimsəmək vacibdır...

Futbolun əsl gələcəyi maraqlıdırsa, "vətəndaş müharibəsi"ndən qaçın, uzaq durun, yaltaqların, "baş üstə"lərin deyil, futbolu düşünənlərin birliyini bir yumruq kimi təmin edin. Buna yetərincə imkan, güc, şərait var...

Onda nə gənclər "bataqlığa" sürüklənməyəcək, kütləvi cəzalar olmayacaq, nə də sonda yurçeviçlər bir xala bir milyon götürüb, "futboldan başları çıxmır" damğası ilə mahnı oxuya-oxuya, çırtma vura-vura sağollaşmayacaq...
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

19 İyul 2026
18:30

"Qarabağ"ın transfer planını pozmaq istəyirlər

17:50

Trinkan "Əl-Əhli"yə keçdi - RƏSMİ

17:26

"Əvvəlki matçda belə oynamamağımız biabırçılıqdır" - Harri Keyn

16:53

"Messi əsl vəhşidir"

16:09

Fəridə Lütfəliyeva ÇL matçını idarə edəcək

15:55

Martines İspaniya ilə final oyunundan öncə DÇ-də sınıq barmaqla oynadığını dedi

15:09

Olise kimisi mundiallar tarixində olmamışdı - Pelenin rekordunu qırdı

14:56

Rəşad Nəbiyev milli üzvləri ilə görüşdü

14:27

Pedro Porro: "Onu dayandırmaq mümkün deyil"

13:38

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:14

"Sabah"ın rəqibindən inamlı qələbə

12:54

FİFA mundialdan neçə milyard qazandı? - Rekord məbləğ

12:25

"Üçüncü yer uğrunda oyunu keçirməyə dəyməzdi" - Jül Kunde

11:49

Əsas döyüşü Dirkus dyu Plessi qazandı

11:09

Didye Deşam: "Günah məndədir"

10:52

Tuxeldən qələbə şərhi

10:13

DÇ-2026-nın qalibi müəyyənləşir

09:50

Fransaya 3 qol vurdu, oyunun ən yaxşı futbolçusu oldu

09:00

Kilian Mbapoe: "Bu, Didye Deşam adına biabırçılıqdır"

03:01

DÇ-2026: Azarkeşlər 10 qol gördü, bürünc medalın sahibi Mayamidə müəyyənləşdi

02:45

Mbappe Messini geridə qoydu

18 İyul 2026
23:47

Skaloni İspaniya ilə matçdan əvvəl nə danışdı?

23:14

Qusarda jurnalistlər arasında minifutbol turniri start götürüb

22:33

Dünya Qadın Seriyasında "Bakı" mərhələsinin oyunları davam edir

21:50

Mahir Emreli yenidən Polşada - RƏSMİ

21:42

Cenk Sümer: "Məqsədimiz çempionluqdur"

21:11

“Neftçi” açıq məşq keçirdi, azarkeşlər "coşdu"

20:47

Tələbələr arasında Avropa Universitet Oyunları start götürüb

20:19

Sərxan Həşimov Avropa Şahmat İttifaqının vitse-prezidenti seçilib

19:16

Mahir Emreli karyerasını Polşada davam etdirəcək?

19:06

Yuri Vernidub: "Hədəfimiz Konfrans Liqasının liqa mərhələsidir"

18:42

KL: "Neftçi" - "Dinamo" oyununun biletləri satışda

18:11

Ruslan Voronsov "Karvan-Yevlax"da

17:52

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

17:09

Deşam üçüncü yer uğrunda matçdan əvvəl danışdı - "Milli üçün darıxacağam"

16:48

"Qarabağ"ın darmadağınına şahid olan hakim "Zirə"nin oyununda

16:04

Tramp İnfantinodan növbəti DÇ-nin də ABŞ-yə verilməsini istədi

15:53

“Neftçi” “Aerowingo” ilə əməkdaşlıq müqaviləsi imzaladı

15:31

"Kəpəz"də Azər Məmmədovun köməkçiləri müəyyənləşdi

15:00

Birinci Liqanın debütantı ev oyunlarını Xankəndi şəhərində keçirəcək

Facebookdan bizi izləməyi unutmayın.
X