17:03 19.01.2021 1222

Nurlan İbrahimov "Qarabağ"dan getdi

"Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov Ağdam klubundan ayrılıb.

Fanat.Az-ın məlumatına görə, bunu sabiq klub rəsmisi feysbuk səhifəsində açıqlayıb.

UEFA-nın qərarı ilə futbol fəaliyyətindən uzaqlaşdırılan İbrahimov "Qarabağ”dakı karyerasını bitirdiyini bəyan edib: "15 illik "Qarabağ” macəram başa çatdı. Bu cümlənin ağırlığı həyatımın hardasa yarısı qədər olan zamanının 1 göz qırpımındakı çəkisinə bənzəyir. Amma hər başlanğıcın sonu qaçılmaz olur(muş) və mən də 15 il sonra geridə qalan illərin titrətdiyi barmaqlarımı bunu yazmağa məcbur etməliyəm. Həyatımın ən ağır mesajını yazmaq gücünü tapmaq, o sözlərin udğuntusunu ifadə etmək hər damlada yatan xatirələrin sızıntısı qədər təsvirounmazdır...”.

Sabiq klub rəsmisi "Qarabağ”da keçirdiyi 15 ilin dəyərini vurğulayıb: "15 il - bu bir iş, karyera, görəv müddəti deyil. 15 il iş-vəzifə anlayışı olmur. 15 il xəyaldır, cəfadır, səfadır. Uğrunda savaşdığın, xəyal qurduğun sevgidir, amaldır. 22 yaşında "Qarabağ”ın idmandan yazmağı bacaran, ingilis dili bilən birini axtarışıyla başladı bu yol. O vaxt 2 balaca otaqlı mənzilində "Qarabağ” futbol klubundan daha çox eyniadlı bölgənin nisgili idi. Çempionluqlar, avrokuboklar, Çempionlar Liqası xəyallarımızın isti köşəsində soyuq bir ilğım idi. Yavaş-yavaş böyü(yür)dü "Qarabağ”. Yıxıla-dura, bəzən ayağına atılan daşları sancısını içinə alaraq, öyrənə-öyrədə, öncə xəyalını qurub sonra onu gerçəkləşdirmək yolunda xırda amma əmin addımlarla yürüməyə başladı”.

İbrahimov klubla birlikdə addımladığı dövrü xatırlayıb: "Mən də ordaydım, bəzən yanında, bəzən bərabər addımlayırdıq "Qarabağ”la. Amma içimizdə mən-sən olmadığına görə "Qarabağ” inanılmazı bacar(ır)dı. "Qarabağ” bu yola çıxanda xəyalını inamıyla böyütdü, inandıraraq yürüməyə başladı. O dərəcədə inandırdı ki, çempionluğun belə müşkül göründüyü məqamda diktorun əlindən mikrofonu alıb "Haydı azarkeşlərimiz, Çempionlar Liqası sizi gözləyir” avantürasının cəsarətin təntənəsinə çevirdi. Bu cəsarət təsəllisi çempionluqlar, kuboklar, Avropa Liqası və Çempionlar Liqası oldu, 114 avrokubok oyunu. Bu 15 il "Qarabağ” mənə inanılmaz dəyərlər qazandırdı. Klubun prezidentindən tutmuş ən sıravi çalışanına qədər öyrəndiyim, qazandığım o qədər anlamlı şey var ki... Onların hər birinə ehtiramımı, təşəkkürümü necə ifadə etsəm belə yetərli olmayacaq. Bir-bir ad çəksəm, kiməsə haqsızlıq edə bilərəm.  Amma "Qarabağ”da üzərimdə əməyi olan hər bir şəxsin qarşısında baş əyirəm. Bu 15 il inanılmaz dostlar, insanlar qazandırdı. Bəzən, heç vaxt qarşılaşmadığım insanların dəstəyini, ehtiramını göstərdi. Göstərdi ki, əgər bir işə canını, qanını, sevgini qatarsansa uğur sənlə insanlar arasında isti bir təbəssümə çevrilər. Ən sonda, göz yaşlarımı qürur təşnəsinə çevirən ən böyük amil! 15 illik "Qarabağ”ımın məqamında adım haqq yemək, talan, qarət kimi nəsnələrdə hallanmadı. "Qarabağ”la vicdan və əxlaq duyğusunu qürurla 15 il daşımağa çalışdım. Allaha həmd olsun ki, "Qarabağ”ımdan ayrılmağıma səbəb talan, qarət kimi şeylər yox, "Qarabağ Azərbaycandır” etiqadına etiraz edənlərə qarşı çıxmağım, buna susmamağım oldu. Bəlkə də, 200 ildir Azərbaycan(lılar)a edilən istibdada qarşı hayqırtımın işdən ayrılmağıma səbəb olması 15 ilimə verilən ən gözəl töhfə oldu. Bu başlanğıcın sonu deyil. Əsl dəyərlər əsla sonlanmır. Yaza bilən, görən, duyan hər kəsə deyirəm: "Haqqınızı halal edin, nə haqqım varsa halal olsun”.

 
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
01:14

Elvin Cəfərquliyev susqunluğunu elə bir mesajla pozdu ki...

00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

Facebookdan bizi izləməyi unutmayın.
X