19:30 23.01.2021 784

67-ci oyun, 20-ci rəqib

Sabah Azərbaycan Kubokunda 2020/21 mövsümünə start veriləcək. 1/8 final mərhələsinin oyunları iki günü əhatə edəcək. "Qəbələ” ikinci oyun günündə meydana çıxacaq.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” 1-ci divizion təmsilçisi "Turan Tovuz”la üz-üzə gələcək. Komanda 1/4 finala vəsiqə uğrunda görüşü səfərdə keçirəcək.

Bu qarşılaşma ilə "Qəbələ” ölkə kubokunda 16-cı dəfə mübarizəyə qoşulacaq. Ötən mövsüm koronavirus pandemiyası üzündən başa çatmadığı üçün Azərbaycan kubokunun son qalibi sayılan "Qəbələ” 2018/19 mövsümündə titula yiyələnib. Turnirdə 2005/2006 mövsümündə debüt edən "qırmızı-qaralar” 1 dəfə qalibi olduğu (2018/2019) yarışda daha üç dəfə finalda (2013/2014, 2016/17, 2017/2018) oynayıb. Dörd mövsümdə yarımfinalçı (2007/2008, 2008/2009, 2015/16, 2019/20) olan komanda ötən turnirdə bu mərhələyədək irəliləsə də, oyunlar baş tutmayıb. 4 dəfə 1/4 finalda (2010/2011, 2011/2012, 2012/2013, 2014/2015) mübarizəni dayandıran "qırmızı-qaralar” üç mövsümdə (2005/2006, 2006/2007, 2009/2010) yarışla daha erkən - 1/8 finalda vidalaşıb.

"Qəbələ” ölkə kubokunda 67-ci oyununa çıxacaq. İndiyədək keçirilən 66 qarşılaşmada "qırmızı-qaralar” 36 dəfə qalib gəlib, 17 dəfə heç-heçə edib və 13 dəfə uduzub. Rəqib qapılarından 112 top keçirən futbolçular 55 qol buraxıb. Kubokdakı son 7 matçda meydanı qolsuz tərk etməyən "Qəbələ”nin davam edən qələbə seriyası 3 oyundan ibarətdir.

Azərbaycan kubokunda 195 futbolçu qırmızı-qara forma ilə meydana çıxıb. Urfan Abbasov hamıdan çox – 28 oyunda iştirak edib. Voislav Stankoviç 21, Cavid Hüseynov 19, Samir Zərgərovla Elvin Camalov 18, Dmitri Bezotosnı, Asif Məmmədov 16 dəfə şans qazanıb.

Ölkə kubokunda vurulan 112 qola 56 futbolçu imza atıb. İki top isə rəqib avtoqolu hesabına gerçəkləşib. "Qəbələ”nin kubokdakı bombardiri Kənan Kərimovun aktivində 7 qol var. Filip Ozobiç 6, Vüsal Qarayev 5 dəfə fərqlənibsə, Viktor Mendi, İbrahim Hüseynov, Daniel Subotiç, Aleksey Qay və Baqali Dabo 4 qola sevinib.

"Qəbələ” tarixində ilk dəfə "Turan Tovuz”la qarşılaşacaq. Komanda indiyədək kubokda 19 rəqiblə üz-üzə gəlib. Tovuz təmsilçisi "qırmızı-qaralar”ın 20-ci rəqibi olacaq. "Qəbələ” daha çox – 9 dəfə "Qarabağ”la qarşılaşıb. AZAL və "Bakı” ilə 6, "Neftçi” və "Keşlə” ilə 5 oyun baş tutub.

Xatırladaq ki, yanvarın 25-də keçiriləcək "Turan Tovuz” - "Qəbələ” oyunu saat 14:00-da başlayacaq. Görüş Tovuz şəhər stadionunda oynanılacaq.
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
02:33

PSJ-nin ulduzu üçün 130 milyon avro ödəyəcəklər?

01:58

Onun üçün "Barselona"dan 80 milyon istədilər

01:14

Elvin Cəfərquliyev susqunluğunu elə bir mesajla pozdu ki...

00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

Facebookdan bizi izləməyi unutmayın.
X