Azərbaycan yunan-Roma güləşi millisinin Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq dünya çempionatı üçün ilkin heyəti məlum olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, rusiyalı Aleksandr Tarakanovun rəhbərlik etdiyi məşqçilər korpusu mundialda Konyada keçirilmiş V İslam Oyunlarında mübarizə aparan "klassiklər"ə şans verməyi planlaşdırır.
Bunlar Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), Məhəmməd Əhmədiyev (87 kq), Arif Niftullayev (97 kq) və Sabah Şəriətidir (130 kq).
Qeyd edək ki, dünya çempionatı 10-18 sentyabrda keçiriləcək.
Sahib