09:00 13.09.2022 757

"Ədalətsizlik oldu" - Aslan Kərimov

Misli Premyer Liqasında VI tura yekun vuruldu. 

Futbol mütəxəssisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında komandaların bu tur çıxışını dəyərləndirdi. 

"Turan Tovuz" - "Kəpəz" 2:0 

"Mövcud durumu nəzərə alaraq üstünlüyü "Turan Tovuz"a verəcəyimi demişdim. Gəncə təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov yeni təyin olunub və öz oyun üslubunu "Kəpəz"ə aşılaya bilməyib. Görüş Tovuzda keçirilirdi. Ayxan Abbasovun yetirmələri güclü azarkeş dəstəyi fonunda oynadılar. Nəticə gözlənilən idi". 

"Qəbələ" - "Neftçi" 1:2

"Qəbələ" - "Neftçi" matçının nəticəsi gözlənilən idi. Düşünürəm ki, "Neftçi" yaxşı formadadır və əla təsir bağışladı. "Qəbələ"nin ehtiyat oyunçular skamyası komandaya çox təsir edir. Məsələn, Utziq hücumameyllilikdə fantastikdir, amma top itikiləri və yorğunluqla da yadda qalır. Onu dəyişmək lazım gəldiyi zaman "Qəbələ"nin çətinlik çəkdiyi hiss olunur. Komanda şəklində müdafiə olunmaq lazım olanda arxa xəttə dəstək verəcək futbolçuların passivliyi "Qəbələ"də boşluqların yaranmasına səbəb olur. 

"Neftçi"də isə stabil heyət oynayır. Həmin oyunçular görüşləri qələbə ilə başa çatdıra bilir. Dünənki rəqibləri ilə müqayisədə meydanın mərkəzini tam olaraq ələ ala bildilər. Qayıdan topların əksəriyyətinə "Neftçi"nin futbolçuları yiyələnirdi. Bütün bunların nəticəsində məğlub durumda olan "Neftçi" geridönüş etməyi bacardı". 

"Səbail" - "Zirə" 1:2

"Səbail"də bəzi şeylərin yolunda getmədiyi aşkardır. Çıxışlarında qeyri-stabillik müşahidə olunur. Bəzi matçlarda yaxşı çıxış etsələr də, bəzi qarşılaşmalarda konsentrasiyasız görünürlər. Tam olaraq bəlli deyil. Dəqiq qiymət vermək üçün komandanın içində olmaq lazımdır. Meydandakı vəziyyətə baxası olsaq, yarımmüdafiə ilə hücum xətti arasında boşluqlar olduğu görünür. Eyni sözləri müdafiə xətti haqda da demək olar. Adətən belə hallar top itkisindən sonra baş verir. Bəlkə də yeni qurulan heyət hələ tam formalaşmayıb. Ola bilər ki, komanda şəklində adaptasiya olmaqları üçün zaman tələb olunur. 

"Zirə"nin də oyununda hər şey ideal deyil. Yarımmüdafiəçinin biri digərinə ötürmə edir o isə ötürməni bitirir. Bu da Rəşadın vingerlərə öndə oynamaq tapşırığı verməsi ilə əlaqədardır. Onlar da arada oyuna tam köklənə bilmir. "Zirə" tam olaraq məşqçi komandasıdır. Amma futbolçuları fərdi olaraq götürsək, onların ustalıq səviyyələri komandanı axsadır. 

"Sumqayıt" - "Şamaxı" 1:1

"Sumqayıt"a yeni nəfəs lazımdır. Onların yarımmüdafiə xəttini asanlıqla keçmək olur. Bunu irad olaraq bildirmirəm. Meydanda baş verənlərə baxanda bəlli olur. Ümid edirəm ki, komandanın çalışdırıcısı bunun fərqindədir və çatışmazlıqlar üzərində işləyəcək. "Sumqayıt"ın mərkəz xəttini keçmək olduqca asan məsələdir. Bilmirəm, bəlkə də futbolçular məşqçi ilə düzgün dil tapa bilmirlər. Bəlkə də məşqlərə ciddi yanaşmırlar. Bunu dəqiq deyə bilmərəm. Hazırda görünən odur ki, "Sumqayıt"a qol vurmaq çox rahatdır. Əslinə komandanın hücum potensialı pis deyil. Qol vurmaqla yanaşı asanlıqla buraxa da bilirlər. 

"Şamaxı"nın oyununda hiss olunur ki, yarımmüdafiəni yarmaq üzərində işləyiblər. Rəqibin onlara aid hissəsinə rahatlıqla keçə bilirdilər".

"Qarabağ" - "Sabah" 4:3

"Sabah" məni sözün yaxşı mənasında təəccübləndirdi. Azlıqda qalmaqlarına baxmayaraq "Qarabağ"la sona qədər vuruşdular və onlara çətin anlar yaşatdılar. Bir neçə epizodda "köhlən atlar"ı üstələyirdilər. 10 nəfərlə hətta güc tapıb hesabı da bərabərləşdirə bildirlər. Nəticədə qol qeydə alınmadı. Bu, onun göstəricisidir ki, "Qarabağ"ın özünün heyətində problemlər var. 3-4 nəfərin olmaması "Qarabağ"ın oyununa təsir edir. Toral Bayramovun da son 4-5 oyunda gerilədiyinin şahidi oluruq. Onun potensialı hamıya bəllidir. Keyfiyyətli və istedadlı olduğu şübhəsizdir. Belə vacib matçlarda təzyiq altına düşür. Təsnifat mərhələsinin oyunlarında Toralın səhvindən rəqib penalti də qazanıb. İstər-istəməz belə məsuliyyətli oyunlar onu psixoloji basqı altına salır. Fikrimcə, Toralın zəif təsir bağışlaması ustalıq səviyyəsinə görə deyil, psixoloji təzyiqlə bağlıdır. "Qarabağ"ın texniki heyətinin bunun üzərində işləməsi lazım olacaq. 

Açığı, "Qarabağ"dan belə oyun gözləmirdim. 1 nəfər azlıqda olan komandaya qarşı qalib gəlməli idilər ki, bunu da etdilər. Amma mübahisəli məqamlar var idi. Sonuncu penalti qərarı daha çox müzakirə olunur. Son zamanlar hakimliklə bağlı o qədər dəyişikliklər olur ki, hamısını izləyib yadda saxlaya bilmirəm. Penalti qərarı verilibsə, VAR hakimi qısa zaman kəsiyində bütün epizodları dəyərləndirməlidir. Top "Qarabağ"ın futbolçusunun ayağından meydanı tərk edir. Aut qərarı isə "Sabah"ın əleyhinə verilir. Bu zaman düşünürəm ki, VAR-dan təcili siqnal gəlməli idi ki, qərar dəyişilsin. Amma yenə qeyd edim ki, ola bilər yanılıram. Nəzər yetirsək görərik ki, autdan penaltiyə qədər təxminən 10 saniyə keçmişdi. Penalti qərarı verilərkən həmin zaman kəsiyi nəzərə alınır yoxsa yox, bunu dəqiq bilmirəm. Bizim dövrümüzdə hakimin verdiyi qərardan əvvəl nə olubsa hamısı boşa gedirdi və müzakirə olunmurdu. Amma indi hakimin videoköməkçisi var. Bu da epizodun daha dəqiq qiymətləndirilməsi üçün nəzərdə tutulub. Hesab edirəm ki, burda ədalətsizlik oldu. VAR kameralarında ofsayd xəttini tərtib edənlər də fikrimcə, müəyyən qədər yanılır. Həmin xətt nə dərəcədə düzgün çəkilir? Bu zaman həqiqətən bütün xırdalıqlar nəzərə alınırmı?  Ümumiyyətlə, buna nəzarət edən şəxs nə dərəcədə peşəkardır? Bu məqamlar bir az mübahisə mövzusudur. Penalti mövzusuna bir daha qayıtsaq hesab edirəm ki, ədalətsiz oldu". 

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
02:33

PSJ-nin ulduzu üçün 130 milyon avro ödəyəcəklər?

01:58

Onun üçün "Barselona"dan 80 milyon istədilər

01:14

Elvin Cəfərquliyev susqunluğunu elə bir mesajla pozdu ki...

00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

Facebookdan bizi izləməyi unutmayın.
X