00:42 21.04.2023 531

Azərbaycan çempionatlarında mövsümə yekun vuruldu

Voleybol üzrə Azərbaycan çempionatı başa çatıb. 

Fanat.Az xəbər verir ki, bu gün Voleybol Mərkəzində ölkə birinciliyinin son matçları keçirilib.

"Neftçi" üçüncülük mübarizəsində son görüşdə də MOİK klubuna qalib gələrək bürünc medala sahib çıxıb. "Murov" isə finalın son qarşılaşmasında "Xarı bülbül" klubunu məğlub edərək çempion adını qazanıb. 

Oyunlardan sonra mükafatlandırma və çempionatın bağlanış mərasimi baş tutub. Tədbirdə Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri Günay Salamova, Elqar Bağırov, İlqar Nuriyev, AVF nəzarət təftiş komissiyasının sədri Nazim Axundov iştirak ediblər. 

Çıxış edən Faiq Qarayev müəyyən səbəblərdən tədbirdə iştirak edə bilməyən AVF-nin prezidenti Şahin Bağırovun salamını və təbriklərini çatdırıb. F.Qarayev bəzi çətinliklərə baxmayaraq, çempionatın yüksək səviyyədə keçirildiyini deyib. O, mövsümün əvvəlindən sonunadək birinciliyin təşkilində əməyi keçən hər kəsə, federasiyasının bütün əməkdaşlarına, eləcə də oyunları işıqlandıran media nümayəndələrinə və voleybolçulara hər zaman dəstək olan azarkeşlərə təşəkkürünü bildirib.

Vitse-prezident bu il çempionatda yeni klubun - "Xarı bülbül" klubunun iştirak etdiyini, debüt ilindəcə fəxri kürsüyə yüksəldiyini deyib, komandanın prezidenti Fatimə Hacıyeva başda olmaqla bütün kollektivini təbrik edib. O, növbəti mövsümlərdə də yeni klubların yaranacağına, ölkə birinciliyində daha çox komandanın iştirak edəcəyinə ümidini bildirib. Faiq Qarayev qalibləri bir daha təbrik edib, qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Sonra çempionatın yeddi nominasiya üzrə ən yaxşı oyunçuları seçilib və mükafatlandırılıb. Ardından qadınların Yüksək Liqasının mükafatçılarına - "Azərreyl"ə qızıl, "Abşeron"a gümüş, "Murov"a isə bürünc, kişilərin Yüksək Liqasında çempion olmuş "Murov"a qızıl, "Xari bülbül"ə gümüş, "Neftçi"yə isə bürünc medallar təqdim olunub. Medalları, diplomları və kubokları vitse-prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və AVF-nin rəsmiləri təqdim ediblər.

Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və ölkə çempionatı bağlı elan olunub.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

13 İyun 2026
22:43

Ander Errera uşaqlıq klubuna qayıdır

22:11

Azərbaycan millisi dünya çempionu oldu

21:45

DÇ-2026: Türkiyə millisi ilk matçına çıxır

21:12

Dursun Özbəkdən İkardiyə sərt şərt: İstanbulla bağlı xüsusi maddə

20:52

Dünya çempionatında ağlasığmaz soyğun

20:22

"Mançester Yunayted" axtardığı yarımmüdafiəçini Fransada tapdı

19:51

Osimhen hərəkətə keçdi: Ulduz hücumçu "Qalatasaray"a gəlməyə hazırdır

19:14

Mourinyudan Arda Güler qərarı

18:41

"Arsenal" vinger ovunda: Siyahıda 4 böyük ulduz var

18:25

"Arsenal"dan "Mançester Yunayted"ə rədd cavabı: Gənc ulduzun qiyməti 60 milyondur

17:57

İrlandiya İsraillə neytral meydanda qarşılaşacaq

17:20

"İnter"in oyunçusu İtaliyanı İngiltərəyə dəyişə bilər

16:53

Məşhur ingilis referi ABŞ-də sıradan çıxdı, yerinə bu hakim təyin olundu

16:15

Əşrəf Hakimi Braziliyaya meydan oxudu - "Bizə də "afrikalı braziliyalılar" deyirlər"

15:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:28

Portuqaliya millisinin üzvü Londonu tərk edir, İngiltərəni yox

14:56

Bakı klubu kapitanı ilə bağlı qərarını verdi - RƏSMİ

14:30

"Bayern"dən ayrılan Qoretskanın yeni klubu bilindi - SON DURUM

13:59

İbrahimoviç DÇ-2026-da azarkeşlik etdiyi komandanın adını dedi - "Mənim köküm o ölkədəndir"

13:17

ABŞ bir rekordunu 96 il sonra təkrarladı, digərini isə...

12:53

Avropa Kuboku: Azərbaycan millisi mübarizəyə başlayır

11:54

"O, öz dövrünün ən yaxşı hücumçusudur. Nöqtə!" - Pol Poqba

11:23

Avropa Liqası: Azərbaycan milli komandaları sınaq qarşısında

10:42

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:11

İnfantino İtaliyaya istehza etdi - "Bəlkə onda dünya çempionatına qatıla bildilər"

09:36

DÇ-2026: İsveçrə Qətər ilə üz-üzə

09:00

Modriçin karyerasını nə vaxt bitirəcəyi bilindi

08:00

DÇ-2026: ABŞ Paraqvaya rəhm etmədi

02:33

Kanadada hələ belə tarixi gecə yaşanmamışdı

01:57

İrandan gələn gizli təhdid turniri yarımçıq qoya bilər

01:27

Mundialda şok qadağa: Kanada tanınmış ulduzu ölkəyə buraxmadı

00:57

DÇ-2026: Ev sahibi Kanada Bosniya və Herseqovina ilə xalları böldü

00:22

"Sabah" braziliyalı futbolçu ilə gücləndi

12 İyun 2026
23:30

AGF rəsmiləri Lənkəran və Astarada məşqçilərlə gələcək planlarla bağlı fikir mübadiləsi aparıblar

22:43

Atletika üzrə Azərbaycan çempionatında ilk günün qalibləri bilindi

22:07

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Rumıniyaya uduzdu

21:40

Azərbaycan nümayəndə heyəti FİS-in Beynəlxalq Xizək Konqresində iştirak edib

21:17

Azərbaycanın çövkən millisi Bakıdakı dünya çempionatında finala vəsiqə qazanıb

20:41

Azərbaycan boksçuları Çində Dünya Kubokunda mübarizə aparacaqlar

20:09

"Brayton" "Tottenhem"in müdafiəçisi üçün 30 milyon təklif etdi

Facebookdan bizi izləməyi unutmayın.
X