Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban "CSM Lugoj" komandası ilə Rumıniya Kubokunun qalibi olub.
Fanat.Az xəbər verir ki, kollektiv finalda "CSM Targoviste"ni 3:1 (25:16, 26:24, 22:25, 25:21) hesabı ilə üstələyib.
Ruban bu qarşılaşmanın ən yaxşı voleybolçusu seçilib.
Qeyd edək ki, "CSM Lugoj" cari mövsüm ölkə çempionatında bürünc medala sahib çıxıb.