16:31 10.09.2023 1136

Tovuzda voleybol klubunun təqdimetmə mərasimi baş tutdu

Tovuzda yeni yaradılan “Tovuz” Regional Voleybol Klubunun təqdimat mərasimi keçirilib.

Fanat.Az
xəbər verir ki, mərasimdə yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma, milli komandamızın voleybolçusu Polina Rəhimova, Voleybol Federasiyasının nümayəndəsi Məftun Salmanov, “Tovuz” Regional Voleybol Kubunun rəhbəri Hüseyn Əhmədov, idman ictimaiyyətinin nümayəndələri, valideynlər və voleybolçular iştirak ediblər.


Hüseyn Əhmədovun açılış nitqindən sonra çıxış edən Şahin Çatma bölgələrdə klubların yaradılmasının, uşaq və yeniyetmələrin buradakı kimi ideal şəraitlə təmin olunmasının vacibliyini xüsusi vurğulayıb. Çıxışlardan sonra klubun ixtiyarına verilən Tovuz Olimpiya İdman Kompleksinin idman zalında Polina Rəhimova ilə voleybolçular arasında görüş keçirilib. Voleybolda ilk addımlarını atan uşaq və gənclərə öz tövsiyələrini verən milli üzvü onlara hədiyyələr paylayıb, xatirə şəkilləri çəkdirib.

Qeyd edək ki, bir ay əvvəl təsis olunan klub, ilk olaraq seleksiya işlərini həyata keçirib. 10 yaşdan yuxarı oğlan və qızların seçimlərindən sonra oğlan və qızlardan ibarət 2 yaş qrupu üzrə komandalar formalaşdırılıb. Tovuz Olimpiya İdman Kompleksində baş məşqçi Gülər Əhmədova, məşqçilər Sadıq Hümmətov və Elnur İbrahimovun rəhbərliyi altında həftənin 5 günü məşqlər həyata keçirilir. İdman zalı məşqlərin yüksək səviyyədə keçirilməsi üçün beynəlxalq standartlara cavab verən, son texnologiya - “Terafleks” örtüyü ilə təchiz olunub. Voleybolçular keyfiyətli məşq proqramının həyata keçirilməsi üçün bütün lazımi avadanlıq və inventarlarla təmin olunublar.

Hüseyn Əhmədov: "İşin başındayıq. Başlıca məqsədimiz uşaq və gəncləri sağlam həyat tərzinə, idmana yönləndirməkdir. Tovuzada bütün idman növləri üçün böyük potensial və maraq var. Artıq rayonumuzun idman ictimaiyyəti ilə bir neçə görüş keçirmişik. Sevindirici haldır ki, bizim ideyamıza dəstək günü-gündən artır. Qısa müddət ərzində 2 yaş qrupu üzrə komanda formalaşdırdıq. Sıralamıza qoşulmaq istəyənlərin sayı artır. Sevindiricidir ki, qızların da bu idman növünə kifayət qədər marağı var. Qeyd etdiyim kimi, yeni başlamışıq, böyük planlarımız, məqsədlərimiz var. Məqsədlərə çartmaq üçün pillə-pillə irəliləyəcəyik. Tək Tovuz şəhərində yox, bölgəmizdəki bütün şəhər və kəndlərdən olan istedadlı, voleybola marağı olan uşaqları cəlb edəcəyik. Kütləviliyə nail olmağı hədəfləyirik. Düşündüyüz kimi yola davam etsək, yaxın vaxtlarda bunun bəhrəsini görəcəyik. Bu işdə bizə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Voleybol Federasiyasından gələn qonaqlarımız da yaradılan şəraitdən və ən əsası işə yanaşmamızdan çox razı qaldılar”.

Polina Rəhimova: “İlk öncə dəvət üçün təşəkkürümü bildirirəm. İlk dəfədir Tovuzda oluram. Bura çox xoşuma gəldi. Bundan öncə Şəki və Gəncədə oldum. Açığı bölgələrdə potensialın yüksək səviyyədə olduğunu gördükdə yaxşı mənada təəccübləndim. İlk addımlar atılsa da istedadlı uşaqlar, inkişaf üçün böyük perspektiv var. Əgər biz hamımız düzgün yanaşma ilə işimizi görsək yaxşı nəticə əldə edəcəyik. Ümid edirəm ki, növbəti səfərim zamanı burada daha da böyük işlərin həyata keçirildiyinin şahidi olacağam. Özüm Ukraynadan olsam da, mənim həyatıma qatdıqlarına görə hər zaman Azərbaycana minnətdar olacağam. Bunun üçün də voleybolumuzun inkişafında iz qoymaq, tarixin bir parçası olmaq istəyirəm. Yerli voleybolçu cəhətdən çatışmazlıqlarımız var. Bu çox vacib məqamdır. İstərdim ki, milli komandalarımızda yerli voleybolçuların sayı çox olsun və Azərbaycan bayrağı yerli idmançıların əlində beynəlxalq yarışlarda daim zirvələrə qalxsın. Hündürboy insanlarımız, güclü genetikamız var. Sadəcə düzgün seleksiya ilə bölgələrdə olan belə uşaqları tapıb voleybolumuza qazandırmaq üçün səylə çalışmaq lazımdır”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

13 İyun 2026
23:39

Azərbaycanın 3x3 basketbol üzrə milliləri yarımfinala yüksəlib

22:43

Ander Errera uşaqlıq klubuna qayıdır

22:11

Azərbaycan millisi dünya çempionu oldu

21:45

DÇ-2026: Türkiyə millisi ilk matçına çıxır

21:12

Dursun Özbəkdən İkardiyə sərt şərt: İstanbulla bağlı xüsusi maddə

20:52

Dünya çempionatında ağlasığmaz soyğun

20:22

"Mançester Yunayted" axtardığı yarımmüdafiəçini Fransada tapdı

19:51

Osimhen hərəkətə keçdi: Ulduz hücumçu "Qalatasaray"a gəlməyə hazırdır

19:14

Mourinyudan Arda Güler qərarı

18:41

"Arsenal" vinger ovunda: Siyahıda 4 böyük ulduz var

18:25

"Arsenal"dan "Mançester Yunayted"ə rədd cavabı: Gənc ulduzun qiyməti 60 milyondur

17:57

İrlandiya İsraillə neytral meydanda qarşılaşacaq

17:20

"İnter"in oyunçusu İtaliyanı İngiltərəyə dəyişə bilər

16:53

Məşhur ingilis referi ABŞ-də sıradan çıxdı, yerinə bu hakim təyin olundu

16:15

Əşrəf Hakimi Braziliyaya meydan oxudu - "Bizə də "afrikalı braziliyalılar" deyirlər"

15:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:28

Portuqaliya millisinin üzvü Londonu tərk edir, İngiltərəni yox

14:56

Bakı klubu kapitanı ilə bağlı qərarını verdi - RƏSMİ

14:30

"Bayern"dən ayrılan Qoretskanın yeni klubu bilindi - SON DURUM

13:59

İbrahimoviç DÇ-2026-da azarkeşlik etdiyi komandanın adını dedi - "Mənim köküm o ölkədəndir"

13:17

ABŞ bir rekordunu 96 il sonra təkrarladı, digərini isə...

12:53

Avropa Kuboku: Azərbaycan millisi mübarizəyə başlayır

11:54

"O, öz dövrünün ən yaxşı hücumçusudur. Nöqtə!" - Pol Poqba

11:23

Avropa Liqası: Azərbaycan milli komandaları sınaq qarşısında

10:42

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:11

İnfantino İtaliyaya istehza etdi - "Bəlkə onda dünya çempionatına qatıla bildilər"

09:36

DÇ-2026: İsveçrə Qətər ilə üz-üzə

09:00

Modriçin karyerasını nə vaxt bitirəcəyi bilindi

08:00

DÇ-2026: ABŞ Paraqvaya rəhm etmədi

02:33

Kanadada hələ belə tarixi gecə yaşanmamışdı

01:57

İrandan gələn gizli təhdid turniri yarımçıq qoya bilər

01:27

Mundialda şok qadağa: Kanada tanınmış ulduzu ölkəyə buraxmadı

00:57

DÇ-2026: Ev sahibi Kanada Bosniya və Herseqovina ilə xalları böldü

00:22

"Sabah" braziliyalı futbolçu ilə gücləndi

12 İyun 2026
23:30

AGF rəsmiləri Lənkəran və Astarada məşqçilərlə gələcək planlarla bağlı fikir mübadiləsi aparıblar

22:43

Atletika üzrə Azərbaycan çempionatında ilk günün qalibləri bilindi

22:07

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Rumıniyaya uduzdu

21:40

Azərbaycan nümayəndə heyəti FİS-in Beynəlxalq Xizək Konqresində iştirak edib

21:17

Azərbaycanın çövkən millisi Bakıdakı dünya çempionatında finala vəsiqə qazanıb

20:41

Azərbaycan boksçuları Çində Dünya Kubokunda mübarizə aparacaqlar

Facebookdan bizi izləməyi unutmayın.
X