Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” klubu hazırlığını Polşada davam etdirir.
Fanat.Az xəbər verir ki, avrokuboklarda debüt edəcək Şuşa təmsilçisi oktyabrın 11-dək təlim-məşq toplanışını burada keçirəcək.
Komanda bir neçə yoxlama oyununda da qüvvəsini sınayacaq.
“Xarı Bülbül” Çağırış Kubokunun 1/32 finalında Slovakiyanın "Spartak" (Miyava) klubu ilə üz-üzə gələcək. Tərəflər arasındakı razılığa əsasən, hər iki görüş Bakıda baş tutacaq. İlk qarşılaşma oktyabrın 25-də, cavab matçı isə 26-da gerçəkləşəcək. Hər iki oyun Voleybol Mərkəzində saat 18:00-da start götürəcək.