
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda Bakıda "Çelsi" ilə 2:2 hesablı heç-heçə edərək xallarının sayını 7-yə çatdırdı. Dünya futbolsevərlərinin rəğbətini qazanmağa davam edən Ağdam təmsilçisinin sabiq vingeri Əfran İsmayılovla əlaqə saxlayıb oyun barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Mən inanırdım, çünki "Qarabağ" Avropa səviyyəli komandadır. "Çelsi"ni əla təhlil etmişdilər. Dediyim kimi, ianırdım, amma gözləmirdim ki, "Qarabağ" irəlidə pressinq edib "Çelsi"ni "sıxacaq". Komandamız əla çıxışla yadda qaldı, hamımızı bir daha yaxşı mənada, təəccübləndirdi. Kamilo Duran ən yaxşı oyunlarından birini keçirdi. Kolumbiyalı futbolçu "Çelsi"nin müdafiə xəttini dəli etmişdi. Artıq bütün dünya görür ki, "Qarabağ" yüksək səviyyədə futbol oynamağa bacarır. Əlbəttə, nələrsə çatmaya bilər. Ancaq ortaya oyulan iş və nəticələr faktdır".
Nihat